AZ RU EN
1 2 3 4

Mammoqrafiya

Mammoqrafiya süd vəzi xərçənginin erkən diaqnozunun qoyulmasında böyük əhəmiyyətə malik olan diaqnostik üsullardan biridir. Əllə müayinədə təyin olunmayacaq dərəcədə kiçik ölçülü törəmələrin aşkar olunması üçün kiçik dozalarda çəkilən süd vəzisi rentgen filmidir. Hər il düzənli şəkildə mammoqrafiya filmi çəkildikdə süd vəzi xərçənginin erkən diaqnozu sayəsində bu xəstəlikdən 95% hallarda qurtulmaq mümkündür. Çəkilən mammoqrafiya filminin keyfiyyəti böyük əhəmiyyətə malikdir.

Müayinəyə gələrkən əvvəlki illərdə çəkdirdiyiniz mammoqrafiya filmlərini gətirməyi unutmayın. Mammoqrafiyaya gələcəyiniz gün ətir və pudralardan istifadə etməyin.

Kafein süd vəzisini həssaslaşdırdığı üçün bir neçə gün əvvəldən tərkibində kafein olan qidaları (şokalad, çay ,qəhvə, kola) məhdudlaşdırın. Aybaşıdan bir həftə sonra mammoqrafiya çəkimi üçün ən uyğun zamandır.