AZ RU EN
1 2 3 4

HPV infeksiyası nədir?

"Genital" kondilomalar və ya  HPV  virusu infeksiyası həm qadında həm də kişidə daha  çox tənasül bölgədə , anus ətrafında və nadirən ağızda əmələ gələn virus mənşəli xəstəlikdir. Bu kondilomalar human papilloma virusu infeksiyası nəticəsində əmələ gələn gül kələmi görüntüsünə malik bəzən tək, bəzən çoxlu sayda, bəzən çox kiçik, bəzən 4 sm-ə çatan ölçülərdə ağrısız kütlələrdir. Lakin arada qaşınma və göynəmə hissi ola bilər.

HPV virusunun xüsusiyyətləri

HPV intim bölgədə, dəri və selikli qişalarda itiuclu kondiloma adlanan kütlələrin əmələ gəlməsinə səbəb olan virus növüdür. Bir çox virus xəstəliklərində olduğu kimi HPV virusu da vücuda ilk dəfə daxil olduğu müddətdən etibarən hüceyrələrin tərkibinə yerləşir və vaxtaşırı şiddətlənərək təkrarlayan infeksiyalara səbəb olur. Buna görə HPV infeksiyası radikal müalicəsi olmayan xəstəlik kimi qəbul edilsə də son illərdə bəzi tiplərinin 4-5 il müddətində vücuddan tamamilə təmizləndiyi fərziyyələri irəli sürülməktədir.

HPV-in hal-hazırda bilinən 100-ə yaxın alt tipi vardır. Bunların bir qismi sadəcə çoxalma sistemində infeksiyaya səbəb olur və onlara tənasül HPV adı verilir. Ən çox 6 və 11 HPV tipləri tənasül kondilomlara səbəb olur. Lakin 16,18,31,33,35,52 HPV tipləri uşaqlıq boynunda hüceyrəvi dəyişikliklərə səbəb olmaqdadır. Uşaqlıq boynu xərçəngi diaqnozu qoyulmuş qadınların 95%-də HPV virusu aşkar olunmuşdur. Qadınlarda rast gəlinən xərçənglər arasında ön sırada gələn uşaqlıq boynu xərçənginin ən vacib hətta bəlkə də tək səbəbi HPV infeksiyasıdır. Buna görə də HPV virusu və yaratdığı kondilomalar aşkar edildiyində mütləq müalicə olunmalı və xəstələr nəzarət altında saxlanılaraq mütəmadi olaraq smear testi və kolposkopik müayinələrdən keçməlidirlər.  

HPV cinsi yolla yoluxan xəstəlikdir. İntim bölgəni infeksiyalaşdıran HPV-lər təmas yolu lə asanlıqla yayılırlar. HPV-in bir insandan başqa insana yoluxması üçün hər zaman tam cinsi əlaqənin olması mütləq deyil. İnfeksiyalaşmış dəri bölgələrinin bir-biri ilə təması nəticəsində də yoluxma baş verə bilər. Virusun gizli dövrü müxtəlifdir. HPV alt tipinə görə inkubasiya dövrü dəyişir. Bəzi HPV tiplərində inkubasiya dövrü 1-2 ay olsa da bəzi tiplərin inkubasiya dövrü illəri əhatə edir. Yoluxma olduqdan sonra əlamətlər bəzən bir neçə ay , bəzən bir neçə il sonra biruzə verə bilər. Hətta bəzən virus illər boyu heç bir əlamət vermədən vücudda qala bilər. Aktiv kondilomaların olduğu dövrdə xəstə daha çox yoluxucudur.

Kondilomlar tənasül HPV xəstəliyi daşıyıcısı olan şəxslə yaşanan cinsi əlaqə nəticəsində yoluxur. Virus əlaqə zamanı dəridə meydana gələn mikroskopik sıyrıqlar vasitəsilə dəridən-dəriyə təmas yolu ilə yoluxur.

HPV infeksiyaları növündən asılı olaraq uşaqlıq boynu hüceyrələrində displaziya adlanan xərçəngönü prosesə səbəb olur. Aşağı riskli tipdəki viruslar pap smearda meydana çıxan ASCUS, CİN VƏ SİL kimi dəyişikliklərə səbəb olarkən yüksək riskli tiplər bir müddət sonra uşaqlıq boynu xərçənginə səbəb olur. Bu səbəbdən HPV tipləndirilməsi çox vacibdir. Uşaqlıq boynu xərçənginin qarşısının alınmasının ən düzgün və sadə yolu mütəmadi olunan PAP smear testləridir. Smear testində hər hansı anormallıq aşkar edilərsə kolposkopiya ilə biyopsiya alınaraq diaqnoz dəqiqləşdirilir. Sonra isə xəstəliyin dərəcəsinə görə dəyişikliyə uğramış bölgə LEEP və ya konzasiyon adı verilən sadə əməliyyatlar vasitəsilə çıxarılır və xəstə mütəmadi müayinələrə çağırılır. əgər qadın ailəsini tamamlamış və başqa uşaq istəmirsə və ya 40 yaşlarında isə uşaqlığın götürülməsi də müalicə üsullarından biridir.  Bu qərarlar xəstənin yaşına, xəstənin ailə-sosial vəziyyətinə və uşaqlıq boynundakı anormal dəyişikliyin dərəcəsinə və ciddiyətinə görə verilir.