AZ RU EN
1 2 3 4

Hamiləlik planlaşdırırsınızsa bunları unutmayın!.



* Tərəziyə çıxın, çəkinizi öyrənin.

* Təzə meyvə-tərəvəzlə qidalanmağa çalışın.
* Ginekoloji müayinə olunun, pap smear testi aldırın. Hamiləlikdən əvvəl qan analizləri verin.
* Gündəlik 400 mcg fol turşusu qəbul etməyə başlayın.
* Hamilə qalma ehtimalının daha yüksək olduğu günlərdə (aybaşının ilk günündən sayanda 12-14-16-cı günlər) cinsi əlaqəyə girməyə çalışın.
* Cinsi əlaqədən sonra 1 saat çarpayıdan qalxmayın və belinizin altına bir yastıq qoyun.
* Siqaret çəkirsinizsə dayandırmalısınız. Gündə 10 dənədən artıq çəkilən siqaretin hamilə qalma ehtimalını azaltdığı bilinir.
* Gün ərzində içdiyiniz çayın miqdarını azaldın və ümumiyyətlə qəhvə içməyin. Bəzi araşdırmalar göstərir ki, kofein və tein maddələrinin yumurta keyfiyyətinə mənfi təsir edir.
* Həyat yoldaşınızı stressdən və ağır fiziki hərəkətlərdən uzaq tutun. 
* Alkoqol içkilər və siqaret istafədə etməsinə mane olun.
* Şəkərli diabet, zob, hipertenziya kimi sistemik xəstəlikləriniz varsa əvvəlcədən uyğun profilli həkimlərlə görüşərək müvafiq məsləhətlər alın.
* Bir təqvimin üzərində aybaşı günlərinizi, nə vaxt başlandığını və neçə gün davam etdiyini qeyd edin. Belə olduqda yumurtlama gününün təyin edilməsi daha asan olur.
* Spermaları məhv edə biləcək məhsullardan - Vaginal tampon, intim kosmetik vasitələrindən istifadə etməməyə çalışın.