AZ RU EN
1 2 3 4

Prick testi

    Prick testi - bəlli bir allergenə qarşı tip I hipersensitive olub olmadığını yoxlamaq üçün istifadə olunur. Test allergen tərkibli məhlulların dəriyə yeridilməsinə əsaslanır. Test üçün əsasən bazunun ön səthi seçilir. İstifadə olunan allergenlər ətrafda ən çox rast gəlinən ağac və çəmən polenləri, kiflər, heyvan tükləri, ev tozu və qida məhsullarıdır. Testi dəyərləndirmək üçün kontrol olaraq histamin və fizioloji məhlul tətbiq olunur. Pozitiv nəticə verən allergenin xəstənin anamnezi ilə uyğun gəlməsi vacibdir. Prick testi nəticələri tənəffüs yolları allergiyalarında dəri və allergik ekzemalara görə daha mənalıdır.  Atopik dermatitli xəstlərdə 90%hallarda pozitiv nəticə verməsi diaqnostik testlər arasında yer almasına səbəb olmuşdur.