AZ RU EN
1 2 3 4

Körpədə 3 ay sancıları (3 months colic)

Sancı termini (infantile colic) həyatının ilk üç ayı ərzində heç bir aydın səbəb olmadan  həddən artıq ağlayan  körpəni təsvir etmək üçün istifadə olunur. Sancı körpəlik dövrünün ən çətin problemlərindən biridir. Bu körpə, valideynlər, və tibb personalı üçün sözün əsl mənasında çox ciddi problemdir. Sancının səbəbi də tam aydın deyil, lakin adından göründüyü kimi bu problem uşaq üç-dörd ayına çatdıqda öz-özünə keçib gedir.

Sancı-kolik dedikdə həddindən artıq ağlayan uşaq başa düşülməlidir. Körpə gündə 3 saat, həftədə 3 gün və ayda 3 həftədən artıq müddətdə ağlayırsa belə uşaq kolikdən əziyyət çəkir.

Sancı, həyatın 3-cü həftəsindən başlayır və uşaqların təxminən 50%-də rast gəlinir. Adətən günün 2-ci yarısında başlayır və çox vaxt bir neçə saat, bəzən isə gecə yarısına qədər davam edir. Kolikin xarakterik əlamətləri aşağadakılardır:
 

  • Körpənin üzü qırmızı, ağız ətrafında dəri solğun olur və maviyə çalır.
  • Qarın qabarıq və gərgin olur.
  • Ayaqları qarına cəkir və ayaqlar soyuq olur. (Bəzən isə əksinə ayaqları düz uzadır və gərgin olur xüsusilə  də ağır hallarda).
  • Barmaqlar yumruq şəklində yumulmuş olur, dirsəklər bükülmüş olur.
  • Başını arxaya atır.

 

Bütün uşaqlar üçün sancı müvəqqəti problemdir, üç aylıq uşaqların 60% -da, 4 aylıq uşaqların isə 90% – də bu problem tam keçib gedir.

Bu şikayətlərlə həkimə müraciət eden uşaqlara yanlış olaraq “Kəllə daxili təzyiq” ???,  Nevrolji uşaq?? Travmalı uşaq?? Və sair kimi uydurma diaqnozlar qoyulur və uşağa aylarla lazımsız və zərərlı dərman preparatları təyin edilir.

 

Sancıların Müalicəsi
 

Müalicənin məqsədi uşağın ağlamasını minimuma endirməkdir. Valideyinlər başa düşməlidirlər ki, ən yaxşı halda 40-50% yaxşılaşma əldə olunacaqdır. Problemin tam həlli zamana bağlıdır və söylədiyimiz kimi 3-4 ayında keçib gedəcəkdir.

 

  • Körpənin yeməyini soya əsaslı və ya hidrolizə olunmuş  yeməyə (məsələn Nutrilon komforta) dəyişin
  • Uşaq ana südü ilə qidalanırsa yumurta, qoz-fındıq və buğda, süd, şokalad və sair kimi müəyyən qida qruplarını rasiondan çıxarmaq lazımdır.
  • Körpənin şüşə və ya əmziyini dəyişdirin.
  • Oturan vəziyyətdə qidalandırın və tez-tez onu gəyirdin .
  • Körpəyə əmzik verin.
  • Körpəni uşaq yelləncəyinə qoyun.
  • Körpənin qarınını masaj edin.
  • körpənin qarnına isti su şüşəsi qoyun (Əmin  olun ki su çox isti deyil).
  • körpəni  isti vannada çimizdirin.
  • Paltar yuyan maşın, fen kimi çihazların səsi də uşağı sakitləşdirir.


 Bundan başqa bitki tərkibli sakitləşdiricilər, müxtəlif qaz qovucu preparatlardan da istifadə olunur.
 

 Pediatr: Elşən Tağıyev