AZ RU EN
1 2 3 4

Gənclərdə WPW-sindromu


 Hələ 1913-1929-cu illərdə ədəbiyyatda sonradan mədəciklərin vaxtından əvvəl oyanması kimi qiymətləndirilən elektrokardioqrafik şəkillər öz əksini tapmışdır. Keçən əsrin 30-cu illərində bu hal kliniki-elektrokardioqrafik sindrom kimi qiymətləndirildi və müəlliflərin adı ilə (L.Wolf, J.Parkinson və P.White) WPW-sindromu adlandırıldı. Sindromun kəşf olunmasından bir neçə il əvvəl A. Kent məməlilər üzərində apardığı təcrübələrində ürəkdə normal atrioventrikulyar düyündən kənar, onun yan tərəfində yerləşən, əzələ liflərindən ibarət olan əlavə anatomik törəmə müşahidə etmişdir. Lakin bu traktın taxikardiyalarda rolunu 1914-cü ildə G. Mines göstərmişdir. Daha sonralar F. Wood və R. Ochnell 1943- 1944-cü illərdə taxikardiya tutması nəticəsində qəfləti ölüm baş vermiş azyaşlı uşağın ürəyində əlavə əzələvi qulaqcıq- mədəcik dəstəsini bir daha müşahidə etmişlər.


Cavanlarda paroksizmal taxikardiya

WPW-sindromunda müşahidə
olunan xarakterik elektrokardioqrafik şəkil ayrı-ayrı müəlliflər tərəfındən müxtəlif nəzəriyyələrlə izah olunur. 1967-ci ildə H. Burchell və əməkdaşları öz təcrübələrində əlavə qulaqcıq-mədəcik yolunun keçdiyi güman olunan yerdən kəsik aparmış və bundan sonra elektrokardioqrafik şəklin normallaşdığını müşahidə etmişlər. Beləliklə, WPW-sindomu zamanı elektrokar-dioqrafik şəklin formalaşması me xanizmi ətrafında olan mübahisələ- rə son qoyulmuşdur.

WPW-sindromu rast gə 1 inənl ə- rin 60-70 faizini kişilər təşkil edir. WPW-sindromu xüsusilə uşaqlarda və cavanlarda periodik taxikardiya tutmaları (ürəkdöyünmə) ilə müşa- hidə olunur. Bu tutmalar isə impul- sun dairəvi hərəkəti, yəni re-entry mexanizmi ilə izah edilir. Taxikar- diya tutmasından kənar vaxtlarda spesifik elektrokardioqrafik dəyi- şikliklər müşahidə olunur və buna qısa PQ-intervalı (0,11"), T-dişi və ST-inlerva- lının ikincili dəyişiklikləri aiddir. Spesifik EKQ şəkli “predektaziya”, yəni vaxtından əvvəl oyanma ilə izah olunur. Daha dəqiq desək, mio- kardın bir hissəsi impulsları normal yola nisbətən daha sürətlə keçirən əlavə yollarla oyanır.

Lakin bütün hallarda elektro- kardioqrammada WPW-sindromuna xarakterik olan əlamətləri görmək mümkün deyil. “Gizli” əlavə qulaq- cıq-mədəcik yolunda impulslar yal- nız bir istiqamətdə, mədəciklərdən qulaqcıqlara, yəni retroqrad keçi- rilir. Bununla əlaqədar, “gizli” ret- roqrad Kent dəstəsi olan xəstələrdə yalnız ortodrom resiprok atriovent- rikulyar taxikardiya paroksizmləri müşahidə olunur.

1980-ci ildə Ümumdünya Səhiy- yə Təşkilatının işçi ekspert qrupu iki anlayışın ayırd edilməsini təklif et- di: WPW-fenomeni və WPW-sind- romu. Yalnız ikinci halda xəstələr- də atrioventrikulyar resiprok taxi- kardiya tutmaları müşahidə olunur.

Elektrokardioqrafik şəklə əsasən WPW-sindıomunun A, B, AB və C tiplərə ayrılması təcrübi baxım- dan daha əlverişlidir. Bundan əlavə sindromun latent, keçici, intermit- təedici formaları da ayırd olunur və
sindromun populyasiya arasında ya- yılma tezliyinin dəqiq müəyyənləş- dirilməsinə çətinlik yaradır.





“Keçici WPW-sindromu və əlavə yoldan çıxan ekstrasistola”

Yuxarıda:

I  kompleks - N kompleks, 

II  kompleks - A dalğa ilə.

Ortada:

III  kompleks əlavə yoldan çıxan ekstrasistola, qulaqcıqların retro- qrad oyanması ilə.









Yuxarıda:

Qısamüddətli, lakin tez-tez təkrarlanan qulaqcıq səyirməsi.

Aşağıda:

Tutmadan kənar dövrdə WPW-sindromunun əlamətləri aydın nəzərə çarpır.




















WPW-sindromu özünü müxtəlif resiprok taxikardiya tutmaları, qulaqcıqların səyirməsi paroksizmləri ilə büruzə verir. Sonuncu, ümumi populyasiyaya nisbətən WPW-sindromlu xəstələrdə daha tez-tez rast gəlinir və xəstələrin proqnozunu kəskin pisləşdirir. Qəfləti ölüm halları birbaşa sindromun özü ilə deyil, onun nəticəsində meydana çıxan mədəciklərin titrəməsi və ya həddən artıq yüksək tezliklə mədəciklərə ötürülən qulaqcıq səyirməsi ilə əlaqədardır.

Ümumiyyətlə, WPW-sindromu olan xəstələrdə ürək ritminin pozulması baş verərsə, mütləq müalicə olunmalıdırlar. Lakin belə xəstələrə bir çox antiaritmik dərman preparatlarının təyin edilməsində ciddi əks göstəriş olduğundan həkim müayi- nəsi aparılmalıdır və yalnız icazə verdikdən sonra təyin olunmuş hər hansı bir dərman preparatını qəbul etmək olar.Bununla yanaşı alternativ müali- cə kimi cərrahi yolla sindromun ara- dan qaldırılması mümkündür.








  

 Həkim-kardioloq: Elnarə İMANOVA