AZ RU EN
1 2 3 4

Hər kist əməliyyat gərəkdirməz.

Uzman Doktor Olcay TURGUT
Ginekoloq Naridə Əsgərova

  Müayinə zamanı kist aşkar olunduğunda həyəcanlanmanıza ehtiyac yoxdur. Vaxt itirmədən klinikamızdakı mütəxəssis ginekoloqlara müraciət edin. Əməliyyatın zəruriliyi haqqında ən düzgün məlumatı sizə onlar verəcəkdir. Peşəkar həkim seçməklə əslində ən məsuliyyətli qərarı siz vermiş olursunuz!


YUMURTALIQ KİSTİ NƏDİR?

   Qadınlarda yumurtalıq kistləri sağ və ya sol tərəfdə, nadir olaraq eyni zamanda hər iki tərəfdə ola bilən maye möhtəviyyatlı kisə şəkilli törəmələrdir. Ən çox reproduktiv dövrdə (15-49 yaş) rast gəlinir. Hər bir qadın həyatının hər hansı bir dövründə bu diaqnozla qarşılaşa bilər. Böyük həyəcana səbəb olsa da əslində bu kistler çox zaman hətta heç bir müalicə almadan belə keçib gedən xoşxassəli törəmələrdir.
Yumurtalıq kisti şikayətləri kistin ölçülərindən, növündən, hormon ifraz edib-etmemesindən asılı olaraq ortaya çıxır. Adətən yumurtalıq kistaları heç bir şikayəti olmayan xəstələrdə ümumi müayinə və ya ultrasəs müayinəsi zamanı aşkarlanır. Bir çox xəstələrdə ən çox qarşılaşdığımız şikayət təkbaşına qasıq ağrısı olsa da, nadir hallarda aybaşı gecikməsi, aybaşı düzəninin pozulması, qarında şişlik və dolğunluq hissi, aybaşı dövründə və cinsi əlaqə zamanı ağrı, qarında ələ gələn törəmə, tez-tez sidiyə getmə, qəbizlik kimi şikayətlərlə də müraciət edənlər olur. Yumurtalıq kistləri zamanı qasıqda olan ağrılar çox kəskin deyildir, lakin kist kapsulu çatlayarsa və ya kist oxu ətrafında firlanarsa ağırlaşmaya uyğun olaraq ,bu zaman anidən başlayan şiddətli ağrılara ürəkbulanma, qusma, başgicəllənmə, bayılma kimi digər simptomlar qoşulur.
Kistlər çox zaman öz-özlüyündən vəya dərman müalicəsi ilə bir neçə ay ərzində keçsə də bəzi kistlərdə əməliyyata göstəriş yaranmaqdadır. Yumurtalıq kistalarının təqibinin nə şəkildə olacağı kistin ölçüləri, növü, tumor markerleri dediyimiz qan analizinin nəticəsi, verdiyi şikayətlər, xəstənin yaşı, xəstəlik anamnezi nəzrərə alınaraq seçilir.
Yumurtalıq kistlərinin cərrahi müalicəsi həm açıq, həm də qapalı(laparoskopik) üsullarla aparılır. əməliyyat zamanı kist kapsulu ilə birlikdə çıxarılır. Qapalı əməliyyatın bəlli olmayacaq dərəcədə az kəsik izi qoyması, əməliyyat sonrası dövrün daha az ağrılı keçməsi, xəstəxanada yatış sürəsinin qısa olması, reablitasiya vaxtının daha az sürməsi üstünlüklərinə malik olması son zamanlar onun istifadəsini artırmışdır. Artıq açıq əməliyyatlar yalnız xüsusi hallarda icra olunur.