-Öd daşı olan insanların 60%-i bundan xəbərsiz olurlar. -öd daşları qum dənəcikləri ölçüsündən başlayaraq yumruq ölçüsünü qədər ola bilər. -Öd daşı xəstəliyi kişilərə nisbətən qadınlarda 4-5 dəfə çox rast gəlinir. -Öd qaraciyərdə yaranır və əsas məqsədi həzm sisteminə daxil olan yağların həzmində iştirak edir. -Gün ərzində 500-600 ml öd ümumi öd axarı vasitəsilə 12 barmaq bağırsağa daşınır. Onun bir hissəsi öd kisəsində depolanır və lazım gələrsə (məsələn, yağlı yemək yeyən zamanı) öd kisəsi yığılaraq onu ümumi öd axarına ata bilir. Səbəblər və risk faktorlar? - Oral kontraseptivlərin (hamiləliyin qarşısının alınması üçün dərman maddələrinin qəbulu),hormonal dərmanların istifadəsi də xolesterin mənşəli öd daşlarının əmələ gəlmə ehtimalını artırır. - çəkinin azalması. Bu zaman toxumalarda olan xolesterin mobilizasiya olunaraq qanda, eləcə də öddə artır . Xüsusilə də çəkinin birdən düşməsi öd daşlarının formalaşmasına təkan verən əsas faktorlardan biri hesab olunur. - şəkərli diabet. - Xroniki hemolitik anemiya piqment mənşəli öd aşlarınınəmələ gəlməsini səbəb ola bilər. - Az hərəkətli həyat tərzi. Əlamətlər Öd daşı çox hallarda əlamətsiz keçirir və müayinələr zamanı təsadüfi tapıntı kimi müəyyən olunur. Əlamətlər adətən böyük daşlardan birinin öd kisəsi axarını, eləcə də ümumi öd axarının qapayan zaman yaranır. - epiqastral və sağ qabırğaaltı nayihədə kəskin, bəzən isə küt ağrı yaranır. Ağrılar sağ kürəyə irradiasiya edir. Ağrı tutmaları qəfləti başlayır və 30 dəqiqədən 5 saata qədər davam edə bilər. 5 saatdan çox davam edən ağrı tutmaları kəskin xolesistin inkişafından xəbər verir. Ağrı tutmaları adətən yağlı yeməklərdən sonra başlayır. Tutmalar tez-tez təkrarlanmaya meyilli olur. -Ağızda acılıq hissi - Kəskin xolesistit – öd kisəsinin kəskin iltihabı -Peritonit –iltihabın qarın boşluğuna yayılması Müayinələr - Qanın ümumi analizi - Abdominal Maqnit Rezonans Tomoqrafiyası (MRT) Müalicə Yuxarıda qeyd etdiyimiz kimi öd daşı olan insanların 60%-i bundan xəbərsiz olurlar və ya daşın olmasını təsadüfən öyrənirlər. Bu insanlarda adətən öd daşı heç bir narahatçılıq törətmir. Öd daşı xəstəliyinin iki müalicə üsulu var: konservativ və cərrahi. Çox az hallarda öd daşının müalicəsində konservativ vasitələrdən istifadə edilir. öd daşının diametri 5 mm-dən kiçik olarsa xəstələrin 50%-də 6 aydan 2 ilə qədər öd turşularının təyini ilə aparılan müalicə (gündə 8-10 mg/kg dozada) effekt verir. Öd daşı xəstəliyinin əsas müalicəsi cərrahi yolla Öd kisəsinin çıxarılmasıdır (xolesistektomiya). Öd kisəsinin laparoskopik yolla çıxarılması – laparoskopik xolesistektomiya – öd daşı Xəstəliyinin müalicəsində qızıl standartdır. Artıq inkişaf etmiş ölkələrdə öd kisəsinin açıq yolla çıxarılması əməliyyatı demək olar ki,icra olunmur.Laparoskopik əməliyyatın üstünlükləri - Əməliyyatdan sonra ağrı çox cüzi olur. -Əməliyyat yarasının irinləməsi olmur. -Əməliyyatdan sonra uzun müdət pəhriz gözləməyə ehtiyac yoxdur |