AZ RU EN
1 2 3 4

Helmintozlar

Qurd xəstəlikləri arasında ən çox yayılanı askaridoz və enterobiozdur.
Askaridoz – nazik bağırsaqlarda parazitlik edən və ölçüsü 25-40 sm olan askarida adlı qurdlar tərəfindən törədilir. Xəstəliyə daha çox uşaqlar çirkli əllərdən və çirklənmiş məhsulları yeməklə yoluxur. Əlamətləri: ürəkbulanma, iştahanın azalması, göbək ətrafında sancılar, köp, ishal və ya qəbizlik, halsızlıq, əsəbilik, yuxunun pozulması, bədən çəkisinin azalması. 
Enterobioz – törədicisi bizquyruq adlı xırda (10-12 mm) qurd olan qurd xəstəliyidir. Bunlar əsasən nazik bağırsağın aşağı hissəsində və yoğun bağırsaqda parazitlik edir. Dişi bizquyruq gecə saatlarında düz bağırsağa qədər enərək yumurtalarını anal dəlik ətrafında olan büküşlərə qoyur. Qaşınma zamanı yumurtalar əl və dırnaqların altına, oradan isə ağıza düşür. Əlamətləri: düzbağırsaq nahiyəsində qaşınma, ürəkbulanma, iştahanın azalması, qarında ağrılar, ishal, yuxunun pozulması, bəzən vulvovaginit əlamətləri.


Yerkökü ilə müalicə
Yerkökünün şirəsi çəkilib tənzifdən süzülür. Hər səhər yeməkdən qabaq yarım stəkan içilir.

Balqabaq toxumu bal ilə
300 qr balqabaq toxumunu qabıqdan təmizləyib həvəngdəstədə əzin, üzərinə 20 qr bal əlavə edin. Alınan qarışıq səhər acqarına 1 saat ərzində yavaş-yavaş qəbul edilir. 2,5-3 saatdan sonra 10-30 qr maqnezium-sulfatı yarım stəkan ilıq suda həll edib qəbul edin. 30-40 dəq-dən sonra xəstə Teazol çay ilə imalə olunur.

Nar qabığı dəmləməsi
40-50 qr nar qabığını 6 saat müddətində 2 stəkan suda saxladıqdan sonra mayenin yarısı qalana qədər qaynadın. Dəmləməni soyudub süzün və bir saat ərzində için. Yarım saatdan sonra isə duz tərkibli işlədici, məsələn qlauber 
duzu qəbul edin.
Teazol çay gündə 2 dəfə 1ay müddətində qəbul olunur
Dieta. Düyü, makaron ,sapagetti ,şəkər, şabalid ,vəzəri, yağlı, duzlu ,qiciqlandırıcı qidalar qəbul olunmamali. Balğıq və ət məhsullarını yaxşı bişirməli. Bəzi qidalar, ədviyyat və şirələri də məsəlan,mərcanı(klyukva) şirəsi, alma sirkəsi, nar, sarımsaq, əncir, yüksək lifli qidalar qurd invaziyasinin, qarşısını almaq xüsüsiyyetinə malikdirler.Yogurt və qatıq məsləhətdir Meyvə tərəvəz qaynadilmış su ilə yuyulmalidır.

Pediatr: Elşən Tağıyev