AZ RU EN
1 2 3 4

Uşaqlarda yuxu problemləri



Həyatın ilk illərində uşaqlarda yuxu problemləri çox sıx görülür. Yuxuya getməkdə çətinlik, gecə yarısı oyanma, kabuslar sıx rast gəlinən problemlərdir. Daha böyük uşaqlarda yatağını islatma da problem ola bilər. 
Uşaqlarin ehtiyac duyduqları yuxu müddəti və yuxuya getmə müddətində fərqlilik görünə bilər. Nə qədər tez oyanıb nə qədər tez yuxuya dalacağı hər bir uşaq üçün fərqli ola bilər. Valideynlərin ən mühüm vəzifəsi uşaqlarına erkən yaşda normal bir yuxu vərdişi qazandırmaq olmalıdır. Yuxu problemlərinin həll edilə bilən problemlər olduğu unudulmamalıdır.

Südəmər uşaq

Yenidoğulan uşaq nizamsız bir yuxu rejiminə malikdir və bunun yetkinləşməsi təxminən altı ay çəkir. Yenidoğulann körpələr gündə ortalama 16-17 saat yatmalarina baxmayaraq bir dəfədə ancaq 1-2 saat qədər yatarlar. Uşaqlar böyüdükcə gündəlik yuxu müddəti getdikcə qısalar. Hər bir uşaqın fərqli yuxu ehtiyacı vardır. Altı aylıq bir uşağın belə gecələri qısa bir müddət üçün oyanması normaldır ancaq oyanıqlıq dövrünün yalnız bir neçə dəqiqə davam etməsi lazımdır.

Körpənizin və bu səbəbdən sizin gecələri daha yaxşı yatmağiniz üçün təkliflər:

1) Körpənizi mümkün olduğu qədər sakit və səssiz tutmağa çalışın. Gece yarısı uşağınızı yedizdirmək və ya bezi dəyişdirmək lazım olduğunda onu çox çox uyarmayın çox oyandırmayın

2) Uşağınızın gündüz çox uzun müddət yatmasına icazə verməyin , gün ərzində çox yatacaq olursa gecə oyanıq olma ehtimalı daha çox olacaq.

3) Körpənizin yuxusunun gəldiyinə dair ilk əlamətləri gördükdə yatırdın. Körpənizin öz başına yuxuya getməyi öyrənməsi lazımdır. Körpəniz yuxuya qədər onu qucaqlamaq və ya silkələmək olmaz Bu halda uşaq geceyarısı oyandığında da eyni şeyləri etmənizi tələb edir. Bu da uşağınızın öz başına yata bilmesinə mane olur.

4 ) Körpənizi əmziklə yatağa qoymayın. Əmzikli yatmağa alışan körpələr də öz başlarına əmziksiz yatmağı öyrənə bilməzlər . Əmzikler körpənin əmmə ehtiyacını aradan qaldırmaq üçündür. Yuxu üçün deyil. Körpəniz Əmziklə yuxuya gedirsə yatağa qoymadan əvvəl əmziyi yavaşca çıxarın.

5) Dörd ilə altı aylıq körpəniz oyandığında müdaxalənizi geciktirin . Körpənizi nəzarət etməyə getmək üçün bir neçə dəqiqə gözləyin çünki körpəniz bəlkə də bir neçə dəqiqə içində yuxuya yenidən gedə bilər. Ağlamaya davam etsə gedib nəzarət edin ancaq işığı yandırmayın , oynamayın , kucaklamayın və ya silkələməyin. Əgər ağlama davam etsə bir az daha gözləyib təkrar yoxlayın. Özünü nəyin narahat edə biləcəyini yoxlayın. (Aç ola bilər , bezi ıslatmış ola bilər , qızdırmalı ola bilər və s.)

6 ) Uşaqların yuxu pozisionu və SIDS (ani uşaq ölümü sindromu). Amerikan Pediatriya Akademiyası sağlam uşaqların arxasi üstə yatırılmasını tövsiyə etməkdədir. Çünki son zamanda edilən tədqiqatlara görə sağlam bir uşağın yuxuda arxa üstə yatmasından doğulacaq hər hansı bir zərər yoxdur.

7) Uşağınızın yatmasına köməkçi olan dərmanlardan qaçın. Zamanla dərmanlar təsirsiz hala gəlirlər və körpənizin gündüz tam oyanıq olmasını maneə törədə bilər. Təsirləri gecənin ortasında bitə bilər və gecə oyanmalarına səbəb olarlar. Bəzi dərmanlar gecə qorxularına və ya digər yuxu pozuqluqlarına səbəbola bilərlər.






Bir çox ailələr uşaqlarının yatağa getmə zamanının günün ən çətin zamani olduğunu söyləyirlər . Bu yaşdakı bir uşaq xüsusilə də özündən daha böyük bir qardaşı hələ oyaqsa yatağa getməyə müqavimət göstərə bilər. Körpə və məktəbə gədər uşaqların hər gecə 10-12 saat yuxuya ehtiyacları vardır.

Təkliflər:

1) Uşağınızın yuxuya getmədən əvvəl sakit bir zaman keçirməsini təmin edin.Yuxudan əvvəl aktiv oyunlar ,uşağin yuxusunu qaçırdan hərəkətlər gadağandır. Yuxudan əvvəl bəlli bir vərdişlər inkişaf etdirin : nağıl oxuyun , mahnı-layla söyləyin, duş qəbul etdirin . Bu vərdişlər körpənizə yuxu zamanının gəldiyini xatırladacaq. Çalışan ana və atalar gec saatlarda uşaqları ilə oynamaq istəyərlər . Yuxudan əvvəl oynanan aktiv oyunlar körpələrin yuxuya getmələrinin çətinləşdirir.

2) Dəyişməyən bir yuxu planı tərtib edin. Sabit bir oyanma saatının olmasını təmin edin. Yuğuya getmə və oyanma zamanı həftənin yeddi günü sabit - eyni olmalıdır. Nizamlı yuxu ritmini təmin etmək baxımından oyanma saatı yuxuya getmə saatından daha əhəmiyyətlidir. Eyni zamanda uşağınızı oyandırmaq da onu yatmağa məcbur etməkdən daha asandır.

3) Uşağınızın ən sevdiyi oyuncağı və ya hər hansi başqa əşyanı yanına almasına icazə verin (təhlükəsiz olduğuna əmin olmalısınız )

4 ) Uşağınızın rahat olduğundan əmin olun. Otağının tempraturuna nəzarət edin, paltarlar uşağın hərəkətinə mane olmamalı , yatmadan əvvəl uşağınız su içmək istəyə bilər, gecə lampası , qapı açıq buraxıla bilər.

5) Uşağınızın sizlə birlikdə yatmasına icazə verməməyə çalışın. Bu onun tək başına yuxuya getməyə öyrənməsini çətinləşdirər

6) Hər şikayəti və ya sizi çağırmasında uşağın otağına getməyin . Otağının kənarinda və ya qapısında dayanaraq onunla danışmağa çalışın.

7) Gecə yuxudan oyandiğında uşağa su və ya yemək verməyin
Bu uşaqda gecə yemək vərdişi yaradir və uşağin yuxu rejimini pozur, belə olduqda uşaq gecə ərzində bir necə dəfə yemək və ya su üçün oyanır.

Pediatr: Elşən Tağıyev