Plastik əməliyyatın bir neçə növü mövcuddur: 1. Estetik burun əməliyyatı-rinoplastika – buruna yenidən forma vermək estetik cərrahiyyə əməliyyatlarının ən çox tətbiq edilənidir. Bu əməliyyatlarda burun kiçildilə bilir, burun dəliklərinin genişliyi daraldıla bilir və ya burunla üst dodaq arasında məsafə dəyişdirilə bilir. Eyni zamanda anadangəlmə və travmalarla əlaqədar forma pozğunluqları düzəldilir və ya nəfəs almağınızdakı bəzi problemlər aradan qaldırılır. 2. Göz qapağı əməliyyatları – blefaroplastika adlanır. Yaş ötdükcə bir çox insanlarda göz qapaqlarının sallanması baş verir, çünki dəri az elastik olur, gözlərin altında şişlər əmələ gəlir ki, onlar insanı qoca və yorğun göstərir. Göz qapaqlarının plastikası vasitəsilə bu problemlər aradan götürülür, cavanlaşdırma effekti yüksək dərəcədə nəzərə çarpır. 3. Üzgərmə – üzü gəncləşdirmə əməliyyatıdır. Bu əməliyyat üz və boyun dərisindəki dərialtı piy və bağ toxumasındakı sallanmanı aradan qaldırır, üzün daha canlı və gənc görünməsini təmin edir. 4. Abdominoplastika – qarın nahiyəsinin əvvəlki düzgün, gərgin və gözəl görünməsini yenidən bərpa etmək məqsədilə edilən estetik əməliyyatdır. Gövdənin ön-alt hissəsini təşkil edən qarın nahiyəsi doğuşlar, kökəlmə-arıqlamalar, yaşlaşma və s. səbəblərlə forma qüsuruna məruz qala bilər. Əgər qarın nahiyəsində olan sallanmalar, çatlama və digər qüsurlar sizi özünüzü bəyənməməyə gətirirsə klinikamıza bu problemdən qurtarmaq üçün müraciət etməniz məsləhətdir.
5. Liposaksiya (vakuumla piyin alınması) metodu ilə bədənə quruluş verilməsi. – Bu metodla kökəlmə, doğuşdan sonra ya da quruluşdan asılı olaraq bədənin bəzi hissələrində normadan daha çox piy yığılması ortaya çıxır. Bu da estetik cəhətdən insanı narahat edir. Liposaksiya metodu ilə bədənin demək olar ki, hər nahiyəsindən piyin alınması və onun formalaşdırılması mümkündür.
6. Xalların lazer üsulu ilə götürülməsi – lazer üsulu ilə xalı izsiz götürmək mümkündür ki, bu da üz, boyun və bədənin digər açıq sahələri üçün vacıbdir.
7. Xroniki yaraların müalicəsi – Şəkər xəstəliyi ilə estetikanın nə əlaqəsi olduğunu fikirləşə bilərsiniz. Ancaq estetik-plastik-vərekonstruktiv cərrahiyyənin nə qədər geniş və əhatəli bir ixtisas olduğunu bildikdən sonra, məhz xroniki və müalicəsi olduqca çətin olan yaralardan biri olan şəkər xəstəliyilə bağlı ayaq yaralarının bu mütəxəssislər tərəfindən müalicə olunmasının məqsədə uyğunluğunu görürük.
8. Süd vəzi plastikası – Döş vəzilərinin ölçülərinin böyüdülməsi, formasının dəyişdirilməsi üçün xüsusi implantatlardan istifadə edilir. Belə əməliyyatları adətən kiçik döş vəzilərinə (mikromastiya) sahib olduqları üçün psixoloji çətinlikləri olan qadınlar və hamiləlikdən sonra dairəvi formasını itirmiş döş vəzilərinə və bir qədər genişlənmiş dəriyə sahib olan qadınlar etdirir. 9. Vaqinoplastika – uşaqlıq yolunun ölçülərinin cərrahi yolla bərpasıdır. Əksər hallarda vaginoplastika əməliyyatına doğuş travması keçirmiş qadınlar müraciət edir (uşaqlıq yolunun genişlənməsi, uşaqlıq yolunun doğuş zamanı cırılması və. s) Bu üsulun köməyi ilə uşaqlıq yolu əzələlərinin tonusu və uşaqlıq yolunun fizioloji forması bərpa edilir.