AZ RU EN
1 2 3 4

Bel Yırtığında Tövsiyyə Olunan 9 hərəkət

Neyrocərrah:     Əliosman Qədimbəyli

Yüzlərlə idman hərəkəti içindən belə çox yük verməyən və yarana biləcək  bir bel yırtığının qarşısını almaq üçün ən təhlükəsiz və effektli  doqquz hərəkət sizə izah edilir.



1  Arxasıüstə yatarkən öncə bir  ayağınızı 90 dərəcə qaldırın. Sonra eyni hərəkəti digər ayağınızla təkrarlayın.



2   Ayaqlarınızı uzadıb arxasıüstə yatın. Bir dizinizi bükün. O dizinizi əlləriniz ilə tutaraq sinənizə  doğru çəkərkən digər ayağınızı yerə yapışdırın. Eyni hərəkəti digər ayağınızla təkrarlayın.



3   Arxasıüstə yataraq dizlərinizi bükün. Əllərinizi dizləriniz üzərində çarpazlayaraq sinənizə  doğru çəkərkən başınızı dizlərinizə toxundurmağa çalışın



4   Arxasıüstə yatarkən mümkün olduğu qədər bir dizinizi sinənizə doğru  çəkin, digərini düz tutun. Eyni hərəkəti digər ayağınız üçün təkrar edin.



5   Əllərinizi dizlərinizin üzərində çarpazlaşdıraraq ayaqlarnızı sinənizə çəkin. Bu vəziyyətdə içinizdən 10′a qədər sayın. Bu halda çiyinlərinizi yerdən qaldırmayın. Daha sonra qollarınızı və ayaqlarınızı sərbəst buraxın.



6   Belinizi yere yapışdırıb eləcə saxlayın. 1′dən 10′a qədər sayın. Daha sonra sərbəst buraxın. Bu hərəkəti təkrarlayın. Bu sırada nəfəsinizi normal şəkildə alıb verin.



7   Ayaq üstdə dik durun. Əllərinizi stol və ya stulun kənarına  dayayın. Dizlərinizi büküb yerə çökün və sonra ayağa qalxaraq sərbəstləşin.



8   Əl və dizlərinizin üstündə durarkən qollarınız dik olsun. Öncə pişik kimi belinizi çuxurlaşdıraraq 10′a qədər sayın. Sonra çənənizi sinənizə  doğru çəkərkən belinizi qabardaraq yenə 10′a qədər sayın və sərbəstləşin.



9   Öncə diz üstü dik oturun. Sonra qollarınızı irəliyə doğru uzadın. Mümkün olduğu qədər önə doğru əyilin və bu vəziyətdə 10′a qədər sayın. Təkrar diz üstü oturaq vəziyyətinə qayıdın.