Neyrocərrah: Əliosman Qədimbəyli Bel nahiyəsi 5 bel fəqərəsindən təşkil olunmuşdur. Bu fəqərələrin arasında 5 ədəd disk vardır ki, bu disklər onurğanın ən geniş səthə malik diskləridir.Bu disklerin vəzifəsi yük daşımaq və hərəkət zamani amortizasiya yaratmaqdir. Disk üzərinə düşən gərginlik insanın duruşu ilə birbaşa əlaqəli olub, arxasıüstə uzanmış vəziyyətdə25 kgolduğu halda, oturaq vəziyyətdə 250 kg- qədər çatmaqdadır. Ümumiyyətlə onurga dayaq,hərəkət,müdafiə və amortizasiya olmaqla dörd funksiya yerinə yetirir. Onurğanın bel şöbəsinin anatomiyası
Bel onurğanın ən çox yük daşıyan bölgəsidir. Belimiz 5 ədəd fəqərə adlandırılan sümükdən və fəqərə aralarında yerləşən disk adlandırılan elastiki qığırdaqdan ibarətdir. Fəqərələr ,disklər və oynaqlar sirkulyar şəkildə onurğa beynini əhatə edərək qoruyucu funksiya daşıyır.
Bu mükəmməl quruluş hesabına bel vücudun yükünün daşınması, yaranan yükün ayaqlara ötürülməsi və duruşun dik saxlanılması kimi əvəzedilməz funksiyaları yerinə yetirir. Fəqərəarası disklərin elastikliyi müxtəlif bucaq altında əyilmə hərəkətlərini təmin edir.
Bu quruluş normal olduğu zaman hər hansı bir ağrı meydana gəlməz. Lakin onurğanın bu quruluşunun pozulmasına gətirib çıxaran hər hansı patoloji dəyişiklik ağrı şikayətinin meydana gəlməsinə səbəb olur.
Bel Ağrısının Səbəbləri Nələrdir ?
Bel ağrısına səbəb olan xəstəliklər aşağıdakılardır: Travma, degenerativ dəyişikliklər (osteoxondroz), şiş/xərçəng, infeksiya , iltihabi dəyişikliklər, “Mexaniki” bel ağrısı nədir? Mexaniki bel ağrısı belin doğru çalışmaması ilə əlaqədar beldəki əzələlərin, bağların, oynaqların kapsullarının gərilməsi nəticəsində meydana çıxır. Bu cəmiyyətdə “beldə tutulması” kimi tanınır. Mexaniki bel ağrısı hərəkət zamanı artır və istirahətlə azalır . Mexaniki qaynaqlı bel ağrıları sıxlıqla onurğanın alt qisminə və qalçaya doğru yayılan ağrılardır. Önə əyilmə, dönmə, yerdən bir şeyi qaldırma, uzun müddət ayaq üstdə durmaq, yerimək kimi gündəlik hərəkətlə ağrı şiddətinin artmasına səbəb olur.
|