Neyrocərrah: Əliosman Qədimbəyli
Klassik metod : Ümumi anesteziya (narkozla) sonrası, beldə 4-5 cm.lik bir kəsiklə girilərək disk yırtığı çıxarılır. Bu zaman əməliyyat yarası böyük olduğu üçün əməliyyat sonrası xəstədə ağrıların olma ehtimalı daha yüksəkdir. Müasir dövrdə bu metod daha az istifadə edilməkdədir.
Mikrodiskektomiya: Mikroskop altında kiçik bir kəsik ilə (2 cm) daxil olaraq , ətraf toxumalara zərər vermədən, yırtığın güvənli bir şəkildə çıxardılması əməliyyatıdır. Kiçik bir sahədə çalışıldığı üçün xəstənin 12 saat içərisində yeriməsi mümkündür və əməliyyat sonrası minimal ağrıya səbəb olur. Effektivliliyi, etibarlılığı yüksək olmasına görə bugün dünyada ən çox qəbul edilən və tətbiq olunan metoddur. Bu əməliyyat sonrası xəstəxanada bir gün qalıaraq xəstə yaxşılaşma ilə evə yazılır. Əməliyyat Zamanı Əlil Olma Ehtimalı Nə Qədərdir ?
Cəmiyyətdə insanlar arasında əməliyyat olunaramsa əlil qalaram, iflic olaram, uzun müddət yataqdan qalxa bilmərəm, korset taxmaq məcburiyyətində qalaram və ya yırtığım təkrar əmələ gələr , təkrar əməliyyat olunaram kimi fikirlər mövcuddur. Amma mikrocərrahiyyə sayəsində bu növ qorxulara lüzum qalmamışdır. Əgər cərrahi müdaxilə olunmazsa və sinirə təyziq davam edərsə o zaman xəstənin ayağında zəifləmə, baldırda arıqlama, sidik saxlamamazlığı, cinsi zəiflik yarana bilər.
Müasir dövrdə icra olunan əməliyyatlardan sonra xəstə I sutka ərzində aktivləşdirilir, əməliyyatdan bir gün sonra xəstə evə yazılır.Ən qısa zamanda da işinə geri dönüb ,aktiv həyatını davam etdirir.
|