Müasir həyatda yeni texnalogiyalar yaşayışımızı asanlaşdırmaqla yanaşı mənfi faktorlar da daşıyır. Göz həkimləri öz təcrübəsində qaşınma , qızartı, yorğunluq, gözdə quruluq şikayətlərilə müraciət edən xəstələrin sayının artmasını müşahidə edirlər. Bu da təkcə daxili xəstəliklər nəticəsində deyil, eyni zamanda xarici mühitin mənfi təsirlərdən yaranır. Göz yaşi gözün funksional vəziyyətinin normal saxlanılması ücün lazım olan , mürəkkəb biokimyəvi və immun reaksiyalara malik fizioloji mühitdir. O, konyuktival kisədə olan göz yaşı vəzisindən, göz qapaqları və konyuktivada yerləşən kiçik vəzilərdən ifraz olunur. Qeyd etmək lazımdır ki, əsas göz yaşı vəzisi yalnız müəyyən təsirlər nəticəsində, məsələn, ağlayarkən və ya gülərkən reflektor yaşaxmaya səbəb olur. Göz qapaqları və konyuktivada yerləşən əlavə vəzlərindən isə daimi olaraq goz yaşı ifraz olunur ki , bu da goz yaşı kanalı vasitəsilə buruna axır, oradan isə buxarlanır. Bu prosses gözun daim nəm saxlanilması üçün çox vacibdir. Göz yaşından göz yaşı təbəqəsi əmələ gəlir ki, o da göz qapaqlarının qırpılması nəticəsində gözün ön hissəsində düzgün paylanır.Göz qapaqlarının qırpılması bunun ücün çox vacibdir. Belə ki, bəzi xəstəliklər nəticəsində əmələ gələn laqoftalm ( göz qapaqlarının qırpıla biməməsi) zamanı da quruluq yaranır və bu da daha ağır potologiyalara gətirib çıxarır. Göz yaşı təbəqəsi öz növbəsində bir neçə funksiya daşıyır. Belə ki, göz yaşı təbəqəsi xarici faktorlar üçün birinci baryerdir. O, qoruyucu funksiya daşımaqla bakteriosid təsir göstərir, gözdən toz hissəciklərini çıxarır və kiçik yad cisimlərlə zədələnmənin qarşısıni alır. Göz yaşı təbəqəsi həmçinin buynuz qişanın üzərini örtməklə gözün görmə gabiliyyətində də iştirak edir. Belə ki, buynuz qişa öz şüasındırma funksiyasını yerinə yetirmək üçün onun səthi hamar, sferik və şəffaf olmalıdır. Bunu da göz yaşı təbəqəsi təmin edir. Göz yaşı həm də trofiki, yəni qidalanma funksiyası daşıyır. Bilməliyik ki, buynuz qişa damarsız və şəffafdır. Buna görə də gözün daxili mayesi ( ön kamera mayesi) və eyni zamanda göz yaşı ilə qidalanır. Göz yaşının funksiyasının pozulması bir neçə səbəbdən baş verə bilər. Bunlardan göz yaşı ifrazının pozulması, goz yaşının gözün ön hissəsində düzgün paylanmaması, göz yaşının buxarlanmasının sürətlənməsi, konyuktiva kisəsindən göz yaşı axınının tezləşməsi, göz yaşı təbəqəsinin strukturunun pozulması kimi səbəbləri göstərmək olar. Quru göz sindromunun əmələ gəlməsinə səbəb olan risk faktorları var. Ofis şəraitində işləmə və uzunmüddətli avtomobil gəzintiləri ( kondisioner havası və monitorun süası ) , anamnezdə system xəstəliyinin olması ( revmatoid xəstəliklər, qalxanabənzər vəzin funksiyasının pozulması, herpes və s. ), anamnezdə gözün iltihabi xəstəliklərinin olması, yanıqların , göz travmalarının və göz əməliyyatlarının olması, bəzi dərman maddələrinin istifadəsi ( β- blokatorlar, analgetiklər, antixolinergiq preparatlar, antidepressantlar, oral kontraseptivlər, estrogenlər və s.), paraorbital sahəyə botoks inyeksiyaları, kontakt linzaların gəzdirilməsi, quru , tozlu hava , buxar şəraitində olan iş rejimi bu risk faktorlarına aiddir. Xəstəliyin klinik şəkli ilkin olaraq xəstələrin şikayətləri ilə meydana çıxır. Xəstələr əsasən gözdə acışma hissi, quruluq hissi, gözün qızarması, qaşınma, gözdə yad cism hissiyatı, kompyuterlə iş zamanı gözün tez yorulması, göz qapaqlarının şişkinliyi və qızarması, bəzən gözün dumanlanması, işıqdanqorxma kimi əlamətlərdən şikayət edirlər. Qeyd etmək lazımdır ki, quru göz sindromu təkcə quruluqla müşayət olunmaya da bilər. Belə ki, bəzən xəstələr gözdən yaxaxmadan şikayət edirlər. Bəzən göz yaşının ifrazı normal olduğu halda onun keyfiyyəti aşağı düşür. Bəzən isə göz yaşı hətta normadan çox ifraz olunur , amma onun tərkibində tarazlıq pozulduğuna görə göz yaşı təbəqəsi əmələ gəlmir və bu da gözdən güclü yasaxmaya səbəb olur. Qeyd etmək lazımdır ki,xəstəliyin ağırlıq dərəcəsinə görə bir neçə forması var. Ən yüngül forma sublkinik formadır ki, bu zaman xəstənin daimi şikayəti olmur. Bəzi hallarda yüngül quruluq hissi olur ki, bu da əsasən küləkli hava , kondisioner, kompyuter şüası, kontakt linza və s. təsirindən yaranır. Bundan başqa xəstəliyin yüngül, orta, ağır dərəcələri mövcuddur . Bu formalarda xəstəliyin əlamətləri daha qabarıq şəkildə özünü biruzə verir, ağır hallarda isə buynuz qişada nöqtəvari, sapvari keratopatiya( buynuz qişa üzərində nöqtəvari və ya sapvari bulanmalar şəklində) və hətta buynuz qişanın eroziyasi da müşahidə olunur. Ən ağır forması isə terminal dərəcəli quru göz sindromudur. Bu zaman buynuz qişanın dərin eroziyası və çapıqlaşması nəticəsində görmə aşağı düşür. Bəzən xəstələr yüngül əlamətlərə əhəmiyyət verməyərək xəstəliyin ağırlaşmasına şərait yaradırlar. Xarici mühitin mənfi təsirlərindən və göz qapaqlarının və gözün ön hissəsinin iltihabı nəticəsində yaranan quru göz sindromu əsasən yüngül formalarda özünü biruzə verir. Sistem xəstəlikləri və gözdə orqanik dəyişikliklər ( gözün yanıqları, travmaları və s.) zamanı isə daha ağır formalarda özünü göstərir. Xəstəliyin diaqnozu anamnez (xəstənin şikayəti) və bir sıra müayinə üsulları əsasında qoyulur. Bu müayinə üsullarına göz qapaqları, gözün ön hissəsi - konyuktiva və buynuz qişanın biomikroskopiyası, göz yaşı testlərinin qoyulması ( şirmer testi), konyuktiva və buynuz qişanın rənglənməsi, göz yaşının labarator müayinəsi, göz yaşı vəzisinin ultrasəs müayinəsi aiddir. Xəstələr çox yüngül əlamətlərlə belə həkimə müraciət etməli, sərbəst şəkildə göz damcıları alaraq istifadə etməməlidirlər.Çünki bəzi dərman maddələri özləri də gözdə olan quruluğu artıra bilir və prossesin ağırlaşmasına gətirib çıxarır. Müalicəsi əsasən 3 istiqamətdə aparılır.
Son zamanlar quru göz sindromunun uşaqlar arasında rast gəlmə səbəblərindən biri onların kompyuterlə və televizorla normadan artıq bğlılığıdır. Əziz analar uşaqlarınızın saatlarla kompyuterlə ünsiyyətini bacardıqca azaltmağa calışın və ya kompyuterlə iş müddətində mütləq fasilələrə yer verin. Bilməliyik ki, insan ətraf mühitdən informasiyanı 80% gözlərlə alır. Gəlin bizə bəxş olunan bu qiymətli sərvəti qorumağı bacaraq.
|