AZ RU EN
1 2 3 4

Uşaqlıq boynu yaraları

Tibbdə eroziya adlandırdığımız uşaqlıq boynu yaraları ginekolji müayinə sırasında ən çox rastlaşdığımız patologiyalardan biridir. Uşaqlıq boynunda yara - uşaqlıq boynu kanalında yerleşən daha qırmızı endoservikal hüceyrələrin  transformasiya sahəsinə yayılmasıdır. Bu hüceyrələrin qan təchizatı daha güclü olduğu üçün qırmızı rəngdə görülür və iltihab fonunda qanaxmaya meyilli olur. Bu toxuma müxtəlif mənşəli mikroblarla infeksiyalaşdığında xroniki servisit və ya başqa sözlə yaraya çevrilir.

 

Yara əmələ gəlməsinin qadının yaşı və doğum sayı ilə birbaşa əlaqəsi yoxdur. Hər yaşda olan qadınlarda rast gəlinə bilər. Ektropion adlandırdığımız uşaqlıq kanalının xaricə çevrilməsi də oxşar şəkildə göründüyü üçün çox vaxt uşaqlıq boynu yaraları ilə qarışdırılır.

 

Uşaqlıq boynu yarasının tam səbəbi bilinməsə də səbəb olaraq daha çox infeksiyalar göstərilməkdədir. Xlamidiya, trixomoniaz, qonorreya kimi infeksiyalar müalicə edilməzsə çox vaxt uşaqlıq boynu yaralarına səbəb olur. Digər səbəblər isə tez-tez cinsi əlaqədə olmaq, hormonal dəyişikliklər, bəzi kimyəvi faktorlar (spermisidlər, prezervativlərin üzərində olan kimyəvi maddələr)  və tez-tez uyğulanan vaginal duşdur.

 

 Uşaqlıq boynu yarası çox vaxt heç bir əlamət vermədən kontrol məqsədi ilə gələn xəstələrdə ginekoloji müayinə sırasında aşkarlanır. Lakin qadınların çoxu keçməyən qoxusuz, qaşıntısız və miqdarca çox olan axıntıdan şikayətçidirlər. Yara böyük olarsa aybaşıdan kənar və cinsi əlaqə sonrası qanaxmalar tez-tez baş verməkdədir. Uşaqlıq boynu yaraları bəzi hallarda servikal seliyin xarakterini dəyişərək spermatozoidlərin uşaqlıq daxilinə keçməsini çətinləşdirərək sonsuzluğa səbəb olur.

 

 Ginekoloji müayinə sırasında uşaqlıq boynu yarası görüldüyü zaman mütləq pap smear alınmalıdır. Lakin ölçücə böyük və toxunarkən qanayan yaralarda birbaşa kolposkopiya məsləhət görülür.

 

Uşaqlıq boynu yaralarının antibiotiklərlə müalicəsi mümkünsüzdür. Müalicənin prinsipi infeksiya nəticəsində dəyişikliyə uğramış toxumanı  götürərək, həmin nahiyənin normal epitel toxuması ilə örtülməsini təmin etməkdir. Müalicədə krioterapiya, koterizasiya və lazer terapiyası istifadə olunur.