Stresə düşməyin. Hamilə qala bilməyəcəm qorxusuna qapılmayın. Aybaşı düzəninizə nəzarət edin, hamilə qalma ehtimalı çox olan bəlli günlərdə cinsi əlaqəyə girməyə diqqət edin. Yoldaşınızın siqaret və alkoqoldan uzaq durmasına və həyatını nizamlamasına kömək edin. Yoldaşınızın dar şalvar və dar alt paltarı geyinməsinə əngəl olun. Sauna və isti hamamlardan uzaq qalmasını tövsiyə edin. Cinsi əlaqədən 2 saat əvvəl yoldaşınızın tünd qəhvə içməsi sperma hərəkətlərini sürətləndirəcəkdir. Ən uyğun pozisiyada cinsi əlaqəyə girin. Cinsi əlaqə sonrası belinizin altına yastıq qoyub bir saat yataqdan qalxmayın. Yataq otağının çox isti olmamasına nəzarət edin. Səhər erkən spermanın ən aktiv olduğu saatlarda cinsi əlaqəyə girməyə cəhd göstərin . Cinsi əlaqəni bir ev tapşırığı olaraq görməyin. Orqazm vagina ifrazatının ph dərəcəsini dəyişdirərək spermanın uşaqlıq daxilinə daha sürətli keçməsinə şərait yaradır. Çox tez-tez cinsi əlaqəyə girməkdən qaçın. Daha əvvəl hamiləlikdən qorunmaq üçün müxtəlif üsullardan istifadə etmisinizsə ola biləcək təsirlər haqqında həkiminizlə məsləhətləşin. Aybaşı pozulması varsa lazımi müalicə ilə aybaşını qaydaya salın. Günlük qidalanmanıza fikir verin. Süd məhsullarının içindəki galaktoza adlı maddə yumurtlama funksiyasını artırır. Çox miqdarda süd , süd məhsulları və qatıq istifadə edin. Qırmızı ət və yağlı yeməklərin həddindən artıq istifadəsi estrogen səviyyəsinə pis təsir göstərır |