AZ RU EN
1 2 3 4

Varikoz Müalicəsi (Xroniki vena çatışmazlığı)

2012-11-07 17:23:16

 

 

 

Aşağı ətraf venalarının varikoz genişlənməsindən əziyyət çəkən xəstələrin nəzərinə!

Ankara Klinikasında  varikoz xəstəliyində geniş tətbiq olunan, yüksək tezlikli radiodalğalarla obliterasiya metodu ilə magistral dərialtı damarların əməliyyatını keçirilir. Bu üsul ən müasir və təhlükəsizdir.

 

Varikoz (Xroniki vena çatışmazlığı) nədir?

Varikoz (damar genişlənməsi) hal-hazırda dünyada çox geniş yayılmışdır və yaş qrupu getdikcə cavanlaşır.  Varikoz xəstəliyi qadınlar arasında 25-33 %, kişilər arasında 10-20% təsadüf olunur. Əvvəllər bu xəstəliyi böyük yaş qrupunun problemi kimi düşünüldüyü halda, hal-hazırda 12-13 yaşlı məktəblilər arasında da  10-15 % təsadüf edilir.

 

Xəstəlik bud və baldır nahiyəsində venaların genişlənməsi, ayaqların tez yorulması, onlarda ağırlıq hissiyatı, dəridə qaşınma əlamətləri, istilik, bəzən aşıq-baldır oynağında azacıq şişkinliklə özünü biruzə verir. Bu şikayətlər əsasən uzun müddət ayaq üstə olan şəxslərə aiddir. Xəstəliyin proqressivləşməsi nətəcəsində getdikcə dərialtı venalar boyu düyünlər əmələ gəlir, damarlar ziqzaq forması alır, şikayətlər daimi xarakter daşiyir, baldır əzələlərində gecə qicolmaları müşahidə olunur.

Zamanında müalicə olunmadığı hallarda xəstəlik səthi damarların kəskin tromboflebiti, damar düyünlərindən qanaxma, dərinin trofik dəyişiklikləri və xəstəlikləri meydana çıxır.


Müalicə

Venaların varikoz genişlənməsində inyeksiya sklerozlaşdırma (skleroterapiya) və operativ müdaxilə kimi metodlar tətbiq olunur.

Son zamanlar damardaxili proseduralar, O cümlədən lazerlə və radiodalğalarla müalicələr çox geniş yayılmışdır.

Damardaxili radiodalğalarla obliterasiya maqistral dərialtı damarların xroniki xəstəliyində geniş tətbiq olunur.120 istiliyin 20 saniyə ərzində damardaxili verilməsi tam obliterasiyanın yaranmasını təmin edir. Radiodalğaların generatordan damar daxilinə elektrodlarla verilməsi 2-4 dəqiqə çəkir.

 

                       

Radiodalğalarla müalicə üsulunun üstünlükləri
 

1. Minimal travma və yüksək keyfiyyətli kosmetik effekt,cərrahi əməliyyata ehtiyacın olmaması

2. Ümumi, epidural, spinal anesteziyalara ehtiyacın olmaması

3. Əməliyyatdan sonra dəridə hissiyat pozğunluğu, göyərmələrin və şişkinliklərin qeyd olunmaması, müalicəvi trikotajın əməliyyatdan sonra cəmi 5-7 gün istifadə olunması.

4. Yaş məhdudiyyətinin olmaması

5. Metodikanın, hətta xəstəliyin ağır formalarında tətbiq olunması.
6. Əməliyyatın ambulator şəraitdə keçirilməsi, xəstənin xəstəxanada yatmasına ehtiyac olmaması.