AZ RU EN
1 2 3 4

“Ankara Medical Center”də keçirilən müayinələr zamanı 3 jurnalistdə “Hepatit C” virusu aşkarlanıb

2011-11-09 00:01:05

Jurnalistlərin çoxnda mədə-bağırsaq xəstəlikləri açkar olunub.

 “Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası”nın prezidenti Sevil Yusifova mətbuat konfransı keçirib. APA-nın verdiyi məlumata görə, konfrans “Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası”nın təşəbbüsü ilə ölkə jurnalistləri üçün “Ankara medical center”də təşkil olunan pulsuz tibbi müayinənin nəticələrinə həsr olunub. Tədbiri giriş sözü ilə açan Sevil Yusifova müayinədən keçən jurnalistlərin çoxunda mədə-bağırsaq xəstəliklərinin aşkar olunduğunu deyib: “Aksiyada 400-ə yaxın jurnalist iştirak edib. Müraciət edənlərin 70 faizində mədə-bağırsaq xəstəlikləri aşkar olunub. Bu da onu göstərir ki, belə aksiyaların keçirilməsinə ehtiyac var”.
Tədbirdə çıxış edən “Ankara Medical Center” klinikasının baş həkimi Zülfüqar Yusifov isə aksiyanın 40 gün müddətində davam etdiyini bildirib: “Konkret olaraq bizə 372 nəfər müraciət etdi. Mədə-bağırsaq və göz xəstəliklərindən əziyyət çəkən xəstələr daha çoxdur. Bundan əlavə jurnalistlər mütləq nevroloji müayinələrdən keçməlidirlər. Çünki onların işində stress çox olur”. Klinikanın həkimi Rəqsanə Cəlilova isə müayinələr zamanı 3 jurnalistdə “Hepatit C” virusunun aşkar olunduğunu da bildirib: “Çox təəssüf ki, həmin jurnalistlərin özləri də bilmədən bu virusun daşıyıcılarına çevriliblər. Belə aksiyalar davamlı olmalıdır”. 
Xatırladaq ki, aksiya 40 gün davam edib. Həmin müddət ərzində jurnalistlərə pulsuz həkim məsləhəti, bütün qarın boşluğunun USM, EKQ, qanın ümumi müayinəsi, sedimentasiya, protrombin indeksi, qanın laxtalanması, sidiyin ümumi müayinəsi, nəcis müayinəsi kimi xidmətlər göstərilib. Müayinələr 2010-cu il dekabrın 20-dən yanvarın 31-nə kimi həftənin 2-ci və 6-cı günləri redaksiyalar tərəfindən təqdim olunmuş siyahılar əsasında həyata keçirilib.