AZ RU EN
1 2 3 4

Uşaqlarda qidalanma problemləri

Əgər uşağınız  pis yeyirsə….
 

Əlavə qidalara keçildikdən sonra yəni 6 aydan sonrakı dövrdə valideyinlərin ən əsas vəzifəsi uşağa müxtəlif qidaları qəbul etdirmək , sərbəst yeməyə alıştıra bilmək və bu vaxt da kafi bəslənərək böyüməsini təmin etmək olmalıdır.
Xüsusilə 1-3 yaş dövrü , uşaqların böyümə sürətlərinin yavaşladığı və buna bağlı olaraq da yemək ehtiyacının azaldığı bir dövrdür. Gəzməyi kəşf edən , diqqəti çox fərqli yerlərə dağılabilen uşağı yemək üçün masa başında tuta bilmək həqiqətən çətindir. Bu səbəbdən də yemək vaxtı  bəzi analar üçün qorxuyla gözlənilən andır.
Bu yaşdakı uşaqların gündə 1000-1300 kaloriyə ehtiyacları vardır. Bir gün çox iştahlı , sabahısı gün isə günlərdir toxmuş kimi oruc“ tutmaları təbiidir. Bir günü yalnız meyvə və çörək , digər günü yalnız südlə keçirə bilərlər. Ən doğrusu gündəlik deyil həftəlik balanslı bəslənməni təmin edən sistemdir. Həftəlik ortalama qida qəbulu üçün həkiminizlə məsləhətləşə bilərsiniz. Uşaqlar ailələrin sevərək yediyi qidaları seçirlər. Heç bir zaman balıq bişirilməyən və yeyilməyən bir evin uşağı balığa alışamaya bilir . Unutmayın ki, yeni bir dada alışması üçün uşaqların bəlkə on dəfə eyni qidanı görmələri lazımdır. Heç nahar vərdişi olmayan bir evin uşağı  naharda çörək pendirə alışmaya bilər . Buna görə davranışlarda olduğu kimi qidalanmada də uşağınıza nümunə olmanızın lazım olduğunu unutmamalısınız.

Yeməyi daha cazibədar hala gətirəcək fərqli üsullar , uşağınızın öz başına sərbəst yemək istəyini artıra bilər.
1. Qabı çeşitləndirin ; bir neçə bölməli qabları seçin və hər hissəyə dəyişik qidalar qoyun. Bəzən dəyişiklik edib kiçik keks qəliblərini belə istifadə edə bilərsiniz. Yeməklərə oyuncaqlı adlar yerləşdirin : Alma yarımayları , banandan təkərlər , salatdan kanolar , Brokolini ağaclar , yerkökündən qılınclar , pendirdən legolar , yumurtanın ağından qayıqlar , və s .. Bu yeməkləri  uşağın əlinin çata biləcəyi bir masanın üzərinə qoyaraq , tədricən yeməsini təmin edə bilərsiniz.
2.  Uşaqlar yeməklərini bir şeyə batırmağı çox əyləncəli taparlar. Krem pendir , marmelad , qatıq , tərəvəz püresi bu iş üçün uyğun variantlar ola bilər. Eyni yeməkləri çörək , pide , kraker və ya omlet üzərinə sürtməyin də sevərlər ..
3. Qarışdırın : Yeməkdən çox içməyi sevənlərə , tərəvəz və meyvələri qarışdırıraq bir kokteyl hazırlamaq mümkündür . Bunu birlikdə etsəniz daha da əyləncəli olacaq. Qida dəyərini artırmaq üçün süd , qatıq , bal əlavə edə bilərsiniz və bu qarışıq qamışla içilə bilər. Yumurta çiy olaraq əsla əlavə edilməməlidir.
4. Doğramaq : Sandviçler , omlet , pancake , kiçik dəyişik şekilli parçalara kəsildikdə daha  cazibədar ola bilərlər. Bu iş üçün peçenye qəliblərinizi istifadə edə bilərsiniz.
5. Yaraşıqli paket edin: Dəyişik bir qab , dondurma konus , fərqli şəkildə bir stəkan kimi maraqlı qablar uşağınızın  qabın içindəkinə marağını artıra bilər.
6. Tərəvəzi sevdirmək üçün : Gündəlik tərəvəz ehtiyacı 3-5 porsiyadır . Hər il üçün bir porsiya 1 yemək kasığına bərabər olaraq düşünülə bilər. Məsələn 2 yaşındakı bir uşağın bir porsiya 2 yemək qaşığıdır. Gündə 6-10 yemək qaşığı tərəvəz yeməsi kifayətdir. Uşağınızın tərəvəz qəbulunu artırmaq üçün
a . Tərəvəzləri sevdiyi yeməklərin içinə qarışdırın
b. Sousla örtün və ya sousa batıraraq yeməsini təmin edin
c . Yaşıl buxarda bişirin , həm daha sərt , həm daha yaşıl qalarlar
d . Tərəvəzlərlə şəkillər edin .. pasta və ya omlet üzərinə zeytunlarla gözlər , göbələklə burun , bibərlə qulaq etmək kimi ..
e. Yaradıcı olun .. Brokoli və ya ispanaq üzərinə pendir qoyduğunuzda ' ağaclara qar yağmış ' deyə bilərsiniz.
7. Iştahlı yemək yeyən bir yemək yoldaşı tapın: Uşaqlar yaşıtlarının hərəkətlərindən təsirlənərlər.
8. Yemək miqdarını artıra bilmirsinzsə kalorisi yüksək qidaları seçin: makaron , brokoli , düyü , kartof , pendir , toyuq , yumurta , avokado , bal balqabağı ,paxla ,qatıq kimi ..

Uşağınızın kafi qidalanmasının ən yaxşı göstəricisi kilo və boyunun yaşına uyğun sərhədlər içində olmasıdır. Uşağın doyduğdnu bilmək və  yeməkdə israrçı olmamaq şəxsiyyətin formalaşmasında əhəmiyyətli olduğu kimi , gələcəkdə qidalanma pozuqluqlarının və artıq çəkinin yaranmasının qarşısını ala bilər.

 

 Pediatr: Elşən Tağıyev