Cavanlarda paroksizmal taxikardiya WPW-sindromunda müşahidə WPW-sindromu rast gə 1 inənl ə- rin 60-70 faizini kişilər təşkil edir. WPW-sindromu xüsusilə uşaqlarda və cavanlarda periodik taxikardiya tutmaları (ürəkdöyünmə) ilə müşa- hidə olunur. Bu tutmalar isə impul- sun dairəvi hərəkəti, yəni re-entry mexanizmi ilə izah edilir. Taxikar- diya tutmasından kənar vaxtlarda spesifik elektrokardioqrafik dəyi- şikliklər müşahidə olunur və buna qısa PQ-intervalı (0,11"), T-dişi və ST-inlerva- lının ikincili dəyişiklikləri aiddir. Spesifik EKQ şəkli “predektaziya”, yəni vaxtından əvvəl oyanma ilə izah olunur. Daha dəqiq desək, mio- kardın bir hissəsi impulsları normal yola nisbətən daha sürətlə keçirən əlavə yollarla oyanır. Lakin bütün hallarda elektro- kardioqrammada WPW-sindromuna xarakterik olan əlamətləri görmək mümkün deyil. “Gizli” əlavə qulaq- cıq-mədəcik yolunda impulslar yal- nız bir istiqamətdə, mədəciklərdən qulaqcıqlara, yəni retroqrad keçi- rilir. Bununla əlaqədar, “gizli” ret- roqrad Kent dəstəsi olan xəstələrdə yalnız ortodrom resiprok atriovent- rikulyar taxikardiya paroksizmləri müşahidə olunur. 1980-ci ildə Ümumdünya Səhiy- yə Təşkilatının işçi ekspert qrupu iki anlayışın ayırd edilməsini təklif et- di: WPW-fenomeni və WPW-sind- romu. Yalnız ikinci halda xəstələr- də atrioventrikulyar resiprok taxi- kardiya tutmaları müşahidə olunur. Elektrokardioqrafik şəklə əsasən WPW-sindıomunun A, B, AB və C tiplərə ayrılması təcrübi baxım- dan daha əlverişlidir. Bundan əlavə sindromun latent, keçici, intermit- təedici formaları da ayırd olunur və Yuxarıda: II kompleks - A dalğa ilə. Ortada: III kompleks əlavə yoldan çıxan ekstrasistola, qulaqcıqların retro- qrad oyanması ilə.
Tutmadan kənar dövrdə WPW-sindromunun əlamətləri aydın nəzərə çarpır. WPW-sindromu özünü müxtəlif resiprok taxikardiya tutmaları, qulaqcıqların səyirməsi paroksizmləri ilə büruzə verir. Sonuncu, ümumi populyasiyaya nisbətən WPW-sindromlu xəstələrdə daha tez-tez rast gəlinir və xəstələrin proqnozunu kəskin pisləşdirir. Qəfləti ölüm halları birbaşa sindromun özü ilə deyil, onun nəticəsində meydana çıxan mədəciklərin titrəməsi və ya həddən artıq yüksək tezliklə mədəciklərə ötürülən qulaqcıq səyirməsi ilə əlaqədardır. Ümumiyyətlə, WPW-sindromu olan xəstələrdə ürək ritminin pozulması baş verərsə, mütləq müalicə olunmalıdırlar. Lakin belə xəstələrə bir çox antiaritmik dərman preparatlarının təyin edilməsində ciddi əks göstəriş olduğundan həkim müayi- nəsi aparılmalıdır və yalnız icazə verdikdən sonra təyin olunmuş hər hansı bir dərman preparatını qəbul etmək olar.Bununla yanaşı alternativ müali- cə kimi cərrahi yolla sindromun ara- dan qaldırılması mümkündür. Həkim-kardioloq: Elnarə İMANOVA |