AZ RU EN
1 2 3 4

Doğuşdan sonra cinsi həyatinizda problem yaşayırsınızmı?

    Vaginanın (uşaqlıq yolunun) zamanla genişləməsi onun təbii quruluşundan qaynaqlansa da normal doğuşlarla, keçrilmiş ginekoloji müdaxilələr və yaşlanma ilə də əlaqədardır. Normal doğuş zamanı uşaqlıq yolunun hədddinden artıq gücə düşməsi və gərginləşməsi , doğuşu asanlaşdırmaq üçün aparılan kəsiklər, bu kəsiklərin düzgün tikilməməsinə bağlı əmələ gələn böyük yara izləri, böyük çəkili uşaq doğurmaq, doğuş sayının çox olması, yaşın artması ilə əlaqədar toxumaların əvvəlki elastikliyini itirməsi vaginanın genişlənməsinə səbəb olur. Uşaqlıq yolunun genişlənməsi cinsi əlaqə zamanı ciddi problemlərə səbəb olur. Uşaqlıq yolunun geniş olması her iki tərəfin cinsi əlaqədən yetəri qədər zövq almamasına gətirib çıxarır. Bir tərəfdən də vaginanın nəmlənmə funksiyası pozulduğu üçün cinsi əlaqə zamanı quruluq şikayəti ortaya çıxır ki, bu da mövcud problemi bir az da ağırlaşdırır. Nəticədə qadın özünə inamını itirir, cinsi istəkdə kəskin azalma hiss etməyə başlayır. Cinsi həyatda yaşanan bu problemler gündəlik yaşama da öz təsirini göstərərək münasibetlerin də pozulmasına yol açır. 
    Uşaqlıq yolu plastik əməliyyatı sayəsində bütün bu problemleri aradan qaldirmaq mümkündür. Bu əməliyyat zamanı uşaqlıq yolunun artıq toxuması çıxarılır,əzələlər möhkəmləndirilir. Qarın bölgəsində heç bir kəsik olmur, aparılan kəsiklər sadəcə uşaqlıq yolunda olur. Əməliyyat ortalama 30-40 dəq çəkir. Qoyulan tikişlər zaman içərisində vücud tərəfindən mənimsənilir, beləliklə sökülmə ehtiyacı doğurmur.
Əməliyyat spinal anesteziya altında aparılır. Əməliyyatdan sonra bir gecelik xəstəxana nəzarəti yetərli olmaqdadır. 1-2 həftə az miqdarda vajinal axıntı ola bilər. 6 həftə sonra xəstənin müayinəsi zamanı hər hansı problem görülməzsə cinsi əlaqəyə icazə verilir. Xəstə bir həftə sonra gündəlik həyatına qayıda bilər.
    Bu əməliyyatdan sonra normal doğuşa əks-göstəriş yoxdur, lakin doğuş uşaqlıq yolunun təkrar genişlənməsinə səbəb olacaqdır.