AZ RU EN
1 2 3 4

Öd daşı xəstəliyi


Öd daşı xəstəliyi (daşlı xolesistit) geniş yayılmış bir patologiyadır.

-Öd daşı olan insanların 60%-i bundan xəbərsiz olurlar.

-öd daşları qum dənəcikləri ölçüsündən başlayaraq yumruq ölçüsünü qədər ola bilər. 

-Öd daşı xəstəliyi kişilərə nisbətən qadınlarda 4-5 dəfə çox rast gəlinir.

-Öd qaraciyərdə yaranır və əsas məqsədi həzm sisteminə daxil olan yağların həzmində iştirak edir.

-Gün ərzində 500-600 ml öd ümumi öd axarı vasitəsilə 12 barmaq bağırsağa daşınır. Onun bir hissəsi öd kisəsində depolanır və lazım gələrsə (məsələn, yağlı yemək yeyən zamanı) öd kisəsi yığılaraq onu ümumi öd axarına ata bilir.

 

Səbəblər və risk faktorlar?

 - Hamiləlik və qadın cinsi. Xolesterin mənşəli öd daşlarıqadınlarda daha çox rast gəlinir. Bu daha çox hamiləliklə əlaqələndirilir.Tədqiqatlar göstərir ki, hamilə qalan qadınların 30%-də öd kisəsində çöküntülər əmələ gəlir. Amma hamiləlikdən sonra bu qadınların yalnız 10%-də öd daşı inkişaf edir. 

  - Oral kontraseptivlərin (hamiləliyin qarşısının alınması üçün dərman maddələrinin qəbulu),hormonal dərmanların istifadəsi də xolesterin mənşəli öd daşlarının əmələ gəlmə ehtimalını artırır.
  - qida qəbulunda yağlı qidalara (yağlı ət, balıq, heyvani piylər və s.), tərkibində xolesterinin miqdarı yüksək olan qidalara üstünlük verilməsi, qida rasionunda bitki sellülozunun (meyvə və tərəvəzlər) az olması; 
  - Piylənmə öd daşının əmələ gəlməsinin səbəblərindən biridir. 

  - çəkinin azalması. Bu zaman toxumalarda olan xolesterin mobilizasiya olunaraq qanda, eləcə də öddə artır . Xüsusilə də çəkinin birdən düşməsi öd daşlarının formalaşmasına təkan verən əsas faktorlardan biri hesab olunur.

   - şəkərli diabet. 

    - Xroniki hemolitik anemiya piqment mənşəli öd aşlarınınəmələ gəlməsini səbəb ola bilər.
  - Yaşlılıq, yaşın 40 və ondan artıq olması;Yaşa dolduqca ödə xolesterin ifrazı artır və öd turşularının yaranması isə azalır. 
  -Genetik(irsi) faktorlar

 - Az hərəkətli həyat tərzi.

 

Əlamətlər

Öd daşı çox hallarda əlamətsiz keçirir və müayinələr zamanı təsadüfi tapıntı kimi müəyyən olunur.  Əlamətlər adətən böyük daşlardan birinin öd kisəsi axarını, eləcə də ümumi öd axarının qapayan zaman yaranır.

  - epiqastral və sağ qabırğaaltı nayihədə kəskin, bəzən isə küt ağrı yaranır. Ağrılar sağ kürəyə irradiasiya edir. Ağrı tutmaları qəfləti başlayır və 30 dəqiqədən 5 saata qədər davam edə bilər. 5 saatdan çox davam edən ağrı tutmaları kəskin xolesistin inkişafından xəbər verir. Ağrı tutmaları adətən  yağlı yeməklərdən sonra başlayır. Tutmalar tez-tez təkrarlanmaya meyilli olur. 

  -Ağızda acılıq hissi   
  - Ürəkbulanma və qusma bir çox hallarda ağrı tutmaları ilə paralel müşahidə edilə bilər. 
   - Hərarətin yüksəlməsi kəskin xolesistit, pankreatit və ya xolangit kimi fəsadların inkişafına işarədir. 

Fəsadları

  - Kəskin xolesistit – öd kisəsinin kəskin iltihabı
  - Xoledoxolitiaz – ümumi öd axarında daşın olması 
  - Sarılıq – daşın ümumi öd axarını qapaması 
  - Xolangit - öd daşının ümumi öd axarını tutmasının  nəticəsində infeksiyanın qaraciyərdaxili öd axarlarına yayılması  
  - Kəskin pankreatit – mədəaltı vəzinin iltihabı

   -Peritonit –iltihabın qarın boşluğuna yayılması 
  - Bağırsaq keçməməzliyi – öd daşı bağırsaq keçməməzliyi törədəbilər

Müayinələr

  - Qanın ümumi analizi 
  - Qanın biokimyəvi analizi (məsələn, bilirubin və fraksiyaları, qələvi fosfataza, ALT, AST,amilaza )
  - Abdominal Ultrasonoqrafiya (USM)

  - Abdominal Maqnit Rezonans Tomoqrafiyası (MRT)
  - Abdominal Komputer Tomoqrafiyas KT  (ehtiyac olduqda) 
  - Endoskoipk Retroqrad Xolangioqrafiya (ERCP)(ehtiyac olduqda)
   

Müalicə 

Yuxarıda qeyd etdiyimiz kimi öd daşı olan insanların 60%-i bundan xəbərsiz olurlar və ya daşın olmasını təsadüfən öyrənirlər. Bu insanlarda adətən öd daşı heç bir narahatçılıq törətmir.

Öd daşı xəstəliyinin iki müalicə üsulu var: konservativ və cərrahi. 

Çox az hallarda öd daşının müalicəsində konservativ vasitələrdən  istifadə edilir. öd daşının diametri 5 mm-dən kiçik olarsa xəstələrin 50%-də 6 aydan 2 ilə qədər öd turşularının təyini ilə aparılan müalicə (gündə 8-10 mg/kg dozada) effekt verir. Öd daşı xəstəliyinin əsas müalicəsi cərrahi yolla Öd kisəsinin çıxarılmasıdır (xolesistektomiya). Öd kisəsinin laparoskopik yolla çıxarılması – laparoskopik xolesistektomiya – öd daşı Xəstəliyinin müalicəsində qızıl standartdır. Artıq inkişaf etmiş ölkələrdə öd kisəsinin açıq yolla çıxarılması əməliyyatı demək olar ki,icra olunmur.Laparoskopik əməliyyatın üstünlükləri


 -əməliyyat müdəti çox qısadır 15-30 dəq.

- Əməliyyatdan sonra ağrı çox cüzi olur.
- Xəstə narkozdan ayılan kimi gəzir və özünə qulluq edə bilir.
- Xəstəxanada qalma müddəti çox qısalır (1gün)
- Əmək qabiliyyəti çox qısa müddətə bərpa olur(3-4gün).
- Əməliyyatdan sonrakı yırtıqların əmələ gəlmə riski olmur.

-Əməliyyat yarasının irinləməsi olmur.
- Laparoskopik əməliyyat kosmetik əməliyyatdır, bir neçə aydan sonra heç bir izi qalmır.

-Əməliyyatdan sonra uzun müdət pəhriz gözləməyə ehtiyac yoxdur





Cərrah-Laparoskopist: Ruslan Ağayev