AZ RU EN
1 2 3 4

Ozonoterapiya (Ozonla müalicə)

Ozon Nədir? Ozon Haqqında Ümumi Məlumatlar.

 Neyrocərrah:     Əliosman Qədimbəyli

Ozon üç oksigen atomundan ibarət bir kimyəvi birləşmədir (O3). Ozon, atmosferdə genel olarak iki atomlu halda olan normal oksigenə (O2) nəzərən daha yüksək enerji daşıyan bir qurluşa malikdir.
Ozonun oksigenin normal atmosferik birləşməsi ilə müqaisədə bəzi fərqli xüsusiyyətləri var. Otaq temperatutunda rəngsiz olan ozon qazının xarakterik bir qoxusu vardır. Fırtınalı havalardan sonra, yüksək yerlerdə və ya dəniz sahilində təbii olaraq yaranir və hiss olunur. Ozon qazının adı "qoxlamaq" mənasına gələn “ozein”dən qaynaqlanmaqdadır. Alman kimyaçısı Christian Friedrich Schönbein (1799-1868) tərəfındən 1840 –cı ildə kəşf edilən ozon dəniz səviyyələrinə yaxın yerlərdə 10 milyon hava hissəciklərinə bir hissəcik O3 (= 0.1 ppm = 200 µg/m³) konsentrasiyalarında duman şəklində tapılır. Yüksəklik artdıqça azalır. Məsəln, 2000 metrə yüksəkliktə 0.03 - 0.04 ppm səviyyələrinə düşər.

 

 

 


Ozonun müalicəvi təsiri nədir?

  •  Ozon müalicəsinin ən önəmli təsiri qan dovraninin yaxşilaşdirilmasidir. Qanımızda oksigeni daşıyan qırmızı qan hücreyrələrinin oksigen daşıma qabiliyyətini və toxumalara oksigen çatdırmanı artıraraq toxumaların yaxşılaşmasını təmin edir.
  •  Orqanizm üçün zərərli olan bakteriya və göbələkləri öldürür, virusların çoxalmasının qarşisini alır. İnfeksiyalaşmiş, uzun müddət sağalmayan yaralardaki bütün zərərli bakteriya ve göbələkləri yox edir, virusların çoxalmasının qarşisini alir.
  •  İmmun sisteminin aktivliyini artıraraq vücudumuzun infeksiyalara qarşı müqavimətini artırır, antioksidant təsir edir və sərbəst radikalların yaranmasının qarşısını alaraq qocalmanı gecikdirir.
  •  Hormon ve enzim sistemini tənzimləyərək vücudda bir müvazinət yaradır, orqanizmdəki toksik maddələrin xaric olmasına yardımcı olur.
  •  Az miqdarda istifadə olunan ozon vücudun öz antioksidanlarını ve sərbəst radikalları yox edən fermentləri aktivləşdirir. Qocalığı ləngitmək, azaltmaq üçün müxtəlif antioksidant istifadə olunur ki, ozon bütün bu antioksidantlardan daha təsirlidir.


Tibbi ozon, xüsusilə,immun sisteminin zəıf və ya zədələnmiş olduğu xəstələrə kiçik dozalarda təyin olunduqda çox müsbət nəticələr alınır.
Ümumi prinsip- xəstəliklərin müalicəsində ozon müalicəsi digər müalicələrlə birlikdə tətbiq edilir, tamamlayıcı və dəstəkləyici müalicə qrupuna daxildir. Ozon müalicəsi tətbiq formaları tamamilə standartizə edilmiş, beynəlxalq qaydalara görə tətbiq tamamilə etibarlı, praktik, təsirli və digər müalicə şəkilləri ilə müqayisədə daha təsirli və daha ucuzdur. Ozon müalicəsini anlamaq üçün əvvəlcə bunu bilmək lazımdır. Bədəndə beyindən əzələlərə, dəridən daxili orqanlara qədər bütün orqanların qidalanmağı qan damarları vasitəsilə qan və qanın daşıdığı oksigen təmin edər
Yəni bir orqana qan, bu səbəbdən oksigen nə qədər çox gedirsə, o orqan daha yaxşı işləyir deməkdir. İşdə ozon möcüzəsi dediyimiz müalicənin əsasında bu fəlsəfə yatar. Ozon vasitəsilə orqanlar və toxumalar mobil səviyyədə daha yaxşı bəslənir, daha yaxşı oksigenləşir və bu səbəbdən daha yaxşı işləyir. Orqanlardakı bütün kapilyar damarların genişlənməsini təmin edərkən qanın axıcılığını artıraraq toxumalardakı oksigen çatmamazlığını aradan qaldırar. Ozon istifadə edilən qabaqlayıcı müalicələrə ozonterapiya, ozon müalicəsi edən həkimlərə ozonterapist deyilir.


Ozon Hansi Xəstəliklərdə İstifadə Oluna Bilər?
• Hipertoniya
• Şəkər xəstəliyi
• Aritmiyalar
• Ateroskleroz
• Qan dövranı pozğunluğu
• Ürəyin işemik xəstəliyi
• Revmatizm
• Fibromialgiya
• Xronikİ Yorğunluq Sindromu
• Gastrit və Mədə yarasi (kəskin və qanamali dövr istisna olmaqla!!!)
• Xoralı Kolit
• Kron xəstəliyi
• Xroniki qəbzlik
• Xronik Hepatit B xəstəliyi
• Xronik Hepatit C xəstəliyi
• Cinsi pozğunluqlar
• İktidarsızlık
• Xronik prostatit
• Dəri xəstəlikləri
• Ayaq qoxusu və müalicəyə davamli ayaq ve dırnaq mantarları
• Tər qoxusunu aradan götürmək
• Allergik xəstəliklər
• Sistemik Lupus Eritematozus (SLE)
• Xroniki bronxit ve astma
• Sağalmayan yaralar
• Yanıqlar
• Depresiya
• Xroniki streslə mübarizə
• Narahat qıç sindromu
• Multipl Skleroz
• Alzheimer xəstəliyi ve demensiya
• Parkinson xəstəliyi
• Epilepsiya
• Kimyaterapiyanın əlavə təsirlərinin azaldılmasında
• Radioterapiyanin əlavə təsirlərinin azaldılmasında
• Hipotireoz
• Migren ve baş ağrıları
• Müalicəylə effektiz olan qadın cinsiyyət sistemi infeksiyaları
• Herpes, ağız və genital uçuklar
• Dismenoreya
• Sizanaqlar
• Egzema
• Sədəf xəstəliyi
• Qulak cingiltiləri və qəfildən eşitmənin pozulması
• Yaşlılıqa bağlı qırışıqlıqlarda
• Saç Tökülməsinə qarşı
• Anti-aging və dezintoksikasiya
• Ariqlamağa yardımcı olaraq

Diqqət: Yuxarida sadalanan bütün hallarda həkim məsləhəti olmadan ozonoterapiyanin qəbul olunması məsləhət görülmür !!!