AZ RU EN
1 2 3 4

Əmziyə aid vacib məlumatlar

  Valideynlər əmzik seçdikdə də diqqətli olmalıdırlar. Əmmə problemi olan uşaqların udmağa öyrəşdirilməsi üçün damaqsız əmzik istifadə etmək lazımdır. Həddindən artıq əmzik əmən uşaqlarda damaq quruluşuna uyğun əmzikistifadə edilməlidir. Damaqsız əmziklər, ana məməsinə bənzədiyi üçün körpələr onu daha çox sevirlər. Ancaq bu cür əmziklər xüsusilə 1 yaşından sonra damağa təzyiq edərək damaq quruluşu və üst ön dişlərin sırasını pozurlar. Buna görə də uşağa 1 yaşından sonra damaqsız əmzik verilməməlidir. Damaqlı əmzik isə damaqsız əmziyə nisbətən daha ellipsi və yuxarı doğru əyridir. Bu anatomik formasına görə 2-3 yaş arasında da rahatlıqla istifadə edilə bilər. Silikon əmziklər silisiumdan istehsal edilir. Silikon əmziklərin forması asanlıqla deformasiya olmur, ancaq diş zərbələrinə qarşı dözümlü deyil. Bu səbəbdən silikon əmziklər hələ diş çıxarmamış körpələr üçün daha uyğundur.


Əmziyi cem ya da bal kimi şirin yeməklərə batırmayın.

Xüsusilə 1 yaşından kiçik körpələrə bal vermək, sağlamlıq baxımından zərərlidir, bal "botulizm toksini" verir. Başqa bir uşağın əmziyi heç vaxt istifadə edilməməlidir, əmzik ağızla təmizlənməməlidir. Çəkisi artmayan və ana südü az əmən körpələrə əmzik verməyin. 1 yaşından sonra damaq quruluşuna təsir edə biləcəyinə görə əmziyi tərgitdirməyə çalışmaq lazımdır. Uşaq 2 yaşına çatmamış əmziyi tərgizdirin. 3 yaşına çatdıqda əmzik ya da barmağını əmməyə davam edirsə, uşağınızı diş həkiminə aparın. Əmzik istifadə edən körpələrdə orta qulaq iltihabı riski daha çoxdur. Ana südünü də daha tez tərgidirlər.

Əmzikdən imtina etdirmənin yolları

Əmziyi birdən birə kəsməyin. Bu vəziyyət uşaqda etibarsızlıq hissi oyandıracaq. Birdən birə əmziyi itirməkdeyil onu uşağa unutdurmağa çalışın.
Parka getmə, kitab oxuma, oyuncaq vermə kimi daha təsirli və qalıcı üsullar tətbiq edin.
Bir əmzikdən başqa hamısını atın. Əlinizdə qalan əmziyin ucunu hər gün 3-4 millimetr kəsin. Yavaş yavaş əmzik zövqsüz bir hal alacaq və sonunda əmmək üçün bir şey qalmayacaq.
Əmziyə əsla acı bibər, nar turşusu, sirkə sürtməyin.
Əmziyi tərgitməyi uşağın sarsılacağı, qardaş və ya bacısının dünyaya gəldiyi, ev dəyişməsi kimi dövrlərdə etməyin.