AZ RU EN
1 2 3 4

4D USM- Ankara klinikasında

   Ultrasəs müayinəsi, hansı ki hər bir hamilə qadın keçməlidir, valehedici

və xoşdur. USM-lə dölün fiziki parametrləri ilə yanaşı, onun sağlamlıq durumu, inkişaf dinamikası və sizin oğlunuz və ya qızınız olacağı bəlli olur.

   Ultrasəs aparatlarının təkmilləşməsi nəinki həkimlərə daha dəqiq müayinə aparmağa imkan verir, hətta gələcək valideyinlərə də hələ ana bətindəykən dölə baxmağa imkan verir. Bu gün 4D texnologiyası dölün çox maraqlı həcmli təsvirini almağa imkan verir.  Hamiləliyin II-III trimestrində siz öz gələcək övladınızın  üz cizgilərini dəqiqliklə görə bilərsiniz.                   

  4D USM-lə dölü necə var elə görürük.  Onun  köməyi ilə dölü nəinki yaxşı görmək olur, həm də müayinəni video görüntü şəklində müxtəlif maqnit daşıyıcılara ( CD, DVD-disklərə) yazmaq olur. Düşünün hamiləlik zamanı, övladınız doğulana qədər keçirdiyiniz xoşbəxt,həyacanlı anlar sizinlə bütün həyatınız boyu qalacaq. Bu USM görüntü yenilik hesab olunur.

    4D USM zamanı dölün üz cizgilərinin, əl və ayaq barmaqlarına qədər bədənin bütün hissələrinin həcmli təsviri rəngli alınır, onun necə gülümsədiyini, əsnədiyi  görməyə imkan verir.
            


  Yeni nəsl (4D) USM dölü daha ətraflı dəyərləndirmək üçün heç olmazsa, bir dəfə (20-25 həftədə) mütləq müayinədir.

   4D USM hamiləliyin gedişi və dölün inkişafı barədə son, yeni məlumatlar açır. Onun vasitəsilə müayinə həm valideyinlər, həm də həkim üçün əhəmiyyətli dərəcədə informativ xarakter daşıyır. 4D formatında müayinə ilə inkişaf qüsurlarını görüb, xromosom anamaliyalarını (məsələn, Daun) inkar edilə bilər. Bu üsul dölün beyninin, ürəyinin, ağ ciyərlərinin, mədə-bağırsaq traktının, böyrəklərinin, üzünün, sümük-əzələ sisteminin və s. öyrənilməsində nadir üsulları birləşdirir.

   Ultrasəs fetometriyası, doppleroqrafiya və kardiotokoqrafiya ilə birgə imkan verir ki, bütün hamiləlik müddətində dölün inkişafını qiymətləndirək, uşaqlıq-plasentar-döl qan dövranı sistemində pozğunluğu, dölün böyüməsinin ləngiməsini, artan hipoksiyanın ilkin əlamətlərini aşkar edib,  vaftında müvafiq müalicə tədbirləri həyata keçirək.

       4D-nin tətbiqi hamiləliyin bütün müddətlərində, xüsusilə də hamiləliyin erkən dövrlərində diaqnozu çətin qoyulan qüsurlarda, ultrasəs diaqnostikasının effektivliyini artırır.

         Ankara Medikalda 4D USM müayinəsindən keçməklə siz gələcək övladınızın inkişafı və kənəraçıxmaların olub-olmaması  barədə ətraflı məlumat alacaqsınız.

                                        Şüa diaqnostika həkimi : Kəmalə Asif qızı