AZ RU EN
1 2 3 4

Hamiləlikdən öncə

İlk əvvəl ginekoloji müayinə olun pap smear testi aldırın. Hamiləlik öncəsi qan analizlərini verin.
Günlük 400 mcg fol turşusuna başlayın.
Hamilə qalma ehtimalının daha yüksək olduğu günlərdə (aybaşının ilk günündən sayanda 12-14-16-cı günler) cinsi əlaqəyə girməyə çalışın.

Cinsi əlaqədən sonra 1 saat çarpayıdan qalxmayın və belinizin altına bir yastıq qoyun.
Siqaret çəkirsinizsə dayandırmalısınız. Gündə 10 dənədən artıq çəkilən siqaretin hamilə qalma ehtimalını ciddi şəkildə azaltdığı iddia edilir.

Tərəziyə çıxın, çəkinizi öyrənin.
Gün ərzində içilən çayın miqdarını azaldın və qəhvə içməyin. Bəzi təcrübələrin nəticələrində kofein və tein maddələrinin yumurta keyfiyyətini pozduğu iddia olunur.

Həyat yoldaşınızı stresden və ağır fiziki hərəkətlərdən uzaq tutun. Alkhol və siqaret istafədə etməsini əngəlləməyə çalışın.

Şəkərli diabet, zob, hipertenziya kimi sistemik xəstəlikləriniz varsa əvvəlcədən uyğun profilli həkimlərlə görüşərək xəstəliyi kontrol altına almağa çalışın.
Bir təqvim üzərinə aybaşı günlərinizi, nə vaxt başlandığını və neçə gün sürdüyünü qeyd edin. Belə olduğu təqdirdə yumurtlama günü təsbiti daha asan olur.

Təzə meyvə- tərəvəzlə qidalanmağa çalışın.
Spermaları məhv edə biləcək məhsullardan uzaq olun. Vaginal tampon, intim baxım kremlerindən, kosmetik məhsullardan istifadə etməyin.