AZ RU EN
1 2 3 4

Oftalmologiya

Oftalmologiya(yunan sözu olub oftalmo-göz,  loqos- elm ) Görmə orqanının və onun əlavə apparatının (göz qapaqları, göz yaşı apparatı) xəstəlikləri, onların diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olan tibbi sahədir.İnsan ətraf mühitdən informasiyanı 80 % gözlərlə alır. Göz xəstəlikləri anadangəlmə və ya qazanılma olmaqla insanin həyat keyfiyyətini və əmək qabiliyyıtini aşagı salır.

Oftalmoloji baxiş təkcə gözün görmə qabiliyyətini təyin etmək deyil, eyni zamanda orqanizmin saglamlığı haqqında məlumat almağa kömək edir. Belə ki,göz dibində olan dəyişikliklər təkcə görmə orqanının potologiyasını göstərmir, eyni zamanda bütün orqanizmin vəziyyətini özündə əks etdirir.

 Bizim klinikada aşağıdakı xəstəliklərin diaqnostikası və müalicəsi aparılır:

* Gözün iltihabi xəstəlikləri (Konyuktivit,  iridotsiklit, Keratit və s. )

* Goz qapağı xəstəlikləri ( itdirsəyi, blefarit, meybomit, xalazion və s.)

* Quru göz sindromu

* Uveit

* Qlaukoma

* kiatarakta

* Miopiya ( yaxındangörmə)

* Hipermetropiya ( uzaqdangörmə)

* Astiqmatizm

*Göz dibi xəstəlikləri ( torlu qişa və görmə siniri )

* Göz yaşı vəzisinin , göz yaşı kisısinin ,göz yaşı kanallarının xəstəlikləri

* Gözdə yad cism

Klinikamızda aparılan əsas müayinə üsulları:

  • Görmə itiliyinin təyini
  • Autorefraktometriya
  • Biomikroskopiya
  • Tonometriya( göz təzyiqinin təyini)
  • Oftalmoskopiya ( göz dibinin müayinəsi)
  • Şirmer testi
  • Amsler testi
  • Lensmetriya (eynək dərrəcəsini təyini )

 

Manipulyasiyalar:

  • Subkonyuktival və parabulbar inyeksiya
  • Göz yaşı kanallarının yuyulması
  • Göz qapaqlarının massajı
  • Gözdən yad cismin cıxarılması
  • Gözün selikli qişasından götürülmüş yaxmanın əkilməsi və antibiotiklərə həssaslığının təyin edilməsi
  • Görmənin eynəksiz və eynəklə təyini
  • Görmənin korreksiyası , eynəklərin və linzaların təyin edilməsi
  • Xalazionun içərisinə kortikosteroidin yeridilməsi
  • Xususi apparatlar vasitəsitəsilə   zəifgörmənin ( miopiya, hipermetropiya, astiqmatizm, amblopiya) və cəpliyin müalicəsi
                                                                                                                                                                                                                                                                

Tibbi heyyət

Mütəxəssis Aynur Novruzova