AZ RU EN
1 2 3 4

Bel Yırtığı Zamanı Cərrahi Müalicə Metodları

 Neyrocərrah:     Əliosman Qədimbəyli



1- Klassik diskektomiya

2- Mikrodiskektomiya
3- Endoskopik diskektomiya
4- Lazer diskektomiyası
5- Nukleoplastika








 


Bel yırtığı əməliyyatlarında məqsəd yırtıqlaşan qisimlə birlikdə diskin degenerasiyaya uğramış pulpoz nüvəsini boşaltmaq və sinir üzərindəki kompressiyanı aradan  qaldırmaqdır.

                   


               Əməliyyatdan əvvəl                                               Əməliyyatdan sonra


Klassik metod : Ümumi anesteziya (narkozla) sonrası, beldə  4-5 cm.lik bir kəsiklə  girilərək disk yırtığı çıxarılır. Bu zaman əməliyyat yarası böyük olduğu üçün əməliyyat sonrası xəstədə ağrıların olma ehtimalı daha yüksəkdir. Müasir dövrdə bu metod daha az istifadə edilməkdədir.

 

 

 

Mikrodiskektomiya:  Mikroskop altında kiçik bir kəsik ilə  (2 cm) daxil olaraq , ətraf toxumalara zərər vermədən, yırtığın güvənli bir şəkildə çıxardılması əməliyyatıdır. Kiçik bir sahədə  çalışıldığı üçün xəstənin 12 saat içərisində yeriməsi mümkündür və əməliyyat sonrası minimal ağrıya səbəb olur. Effektivliliyi, etibarlılığı yüksək olmasına görə  bugün  dünyada ən çox qəbul edilən və tətbiq olunan metoddur. Bu əməliyyat sonrası xəstəxanada bir gün qalıaraq xəstə yaxşılaşma ilə evə yazılır.

Endoskopik Diskektomiya :
  Endoskopun köməkliyi ilə 1 sm-lik bir kəsik ilə icra olunan müdaxilədir. Kiçik bir sahədə  çalışıldığı üçün xəstənin 12 saat içərisində yeriməsi mümkündür və əməliyyat sonrası minimal ağrıya səbəb olur. Bu əməliyyat sonrası xəstəxanada bir gün qalıaraq xəstə yaxşılaşma fonunda evə yazılır.


Lazer Diskektomiya: 
Lokal anesteziya sonrası yırtığa yüksək temperatur  tətbiq olunaraq ölçüləri bir miqdar kiçildilir. Effektivliliyi  azdır. Ciddi onurğa beyni , sinir kökü kompressiyası  və nevoloji defistlər verməyən yırtıqlara başlanğıc mərhələdə və protruziyalara tətbiq olunur.

Nukleoplastika: 
Lazer diskektomiyaya bənzər şəkildə disk məsafəsinə daxil olunaraq radyofrekans tətbiq olunmasıdır. Protruziyalarda və sadə yırtıqlarda effektlidir.


Əməliyyat Zamanı Əlil Olma Ehtimalı Nə Qədərdir ?

 

 

 

     Cəmiyyətdə insanlar arasında əməliyyat olunaramsa əlil  qalaram, iflic olaram, uzun müddət yataqdan qalxa bilmərəm, korset taxmaq məcburiyyətində  qalaram və ya yırtığım təkrar əmələ gələr , təkrar əməliyyat olunaram kimi fikirlər mövcuddur. Amma mikrocərrahiyyə sayəsində bu növ qorxulara lüzum qalmamışdır. Əgər cərrahi müdaxilə  olunmazsa  və sinirə təyziq  davam edərsə o zaman xəstənin ayağında zəifləmə, baldırda arıqlama, sidik saxlamamazlığı, cinsi zəiflik yarana bilər.

 

    Müasir dövrdə icra olunan əməliyyatlardan sonra xəstə I sutka ərzində aktivləşdirilir, əməliyyatdan bir gün sonra xəstə evə yazılır.Ən qısa zamanda da işinə geri dönüb ,aktiv həyatını davam etdirir.